
Türk Dövlətləri Təşkilatı (TDT) arasında transmilli cinayətkarlıqla mübarizə aparmaq üçün yeni təşkilat- TÜRKPOL-un yaradılması təklif edilir.
Primeinfo.az “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi TDT daxili işlər nazirinin Astanada baş tuan 3-cü görüşü ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, TDT üzvləri bu təklifi dəstəkləyib.
“Gələcəkdə TÜRKPOL-un yaradılması ilə sərhədlərarası cinayətlər və cinayətkarlarla mübarizə sahəsində əməkdaşlığımızın və güc birliyimizin daha da artacağına inanıram”, – deyə türkiyəli nazir bildirib.
Qeyd edilib ki, yaradılması təklif edilən bu təşkilat İnterpol və Avropa İttifaqının Hüquq Mühafizə Orqanları üzrə Əməkdaşlıq Agentliyinin (Evropol) bənzəri ola bilər.