Yeni evlənən cütlük istirahət üçün getdikləri Kapadokiyada həlak oldular - FOTO
ötən gün Nevşehirin Kapadokiya bölgəsində yerləşən Göreme Açıq Hava Muzeyinin girişində “Pəri bacası”nın uçması nəticəsində 3 nəfər həlak olub. Primeinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, onlardan ikisi türkiyəli, digəri isə Fransa vətəndaşıdır. Uçqun zamanı ölən jurnalist 31 yaşlı Fatih Eray Tuna və Begüm Çetinkaya Tuna evli olublar.