“Avropa Parlamenti heç bir maraq kəsb etmir. Hamıya yaxşı məlumdur ki, bu qurum son zamanlar yalandan başqa heç nə yaymır”. Primeinfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
“Bir neçə ay öncə Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tam istismara verilməsi Gürcüstanın beynəlxalq tranzit rolu üçün böyük əhəmiyyət kəsb edən hadisə olub”.
Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.
Gürcüstanda 1 600 məcburi köçkün ailəsinə yeni mənzillər verilib. Primeinfo.az xəbər verir ki,Gürcüstanda 1 600 məcburi köçkün ailəsi yeni,tam təmirli mənzillərlə təmin olunacaq. Gürcüstanın Baş naziri İrakli Kobaxidze məcburi köçkün ailələrinə mənzillərin verilməsi mərasimində bildirib ki, bu, indiyədək həyata keçirilən ən böyük layihədir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətdə dəyişikliklərin ediləcəyi və istefası verəcəyi barədə yayılan məlumatları cəfəngiyat adlandırıb. Primeinfo.az xəbər verir ki, hökumət başçısı jurnalistlərə açıqlamasında ona hər üç aydan bir istefası ilə bağlı sual verildiyini deyib. Baş nazir bu sualı üç aydan sonra ona yenidən veriləcəyini gözlədiyini əlavə edib.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə “dərin dövlət” adlandırdığı qüvvələrin rusofobiyanı süni şəkildə qızışdırmağa və ölkəni yeni təxribata cəlb etməyə çalışdığını bildirib. Primeinfo.az xəbər verir ki, Kobaxidze bu barədə açıqlamasında bildirib. Baş nazirin sözlərinə görə, 2022-ci ildə Ukraynada münaqişə başlayandan sonra xarici qüvvələr Gürcüstanda “ikinci cəbhə” açılmasına, daha sonra isə ölkənin Rusiyaya qarşı sanksiyalara qoşulmasına nail olmağa çalışıblar.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanla təbii qazın tədarükü, elektrik enerjisinin təchizatı və tranziti haqqında imzalanmış sazişlərlə bağlı fərmanlar imzalayıb. Primeinfo.az xəbər verir ki, sənədlərlə iki ölkənin hökumətləri arasında bu ilin mayın 18-də Bakıda bağlanmış hər iki saziş təsdiqlənib və qüvvəyə minib. Fərmanlara əsasən, Gürcüstanın Xarici İşlər Nazirliyinə sazişlərin qüvvəyə minməsi üçün zəruri olan daxili prosedurların Gürcüstan tərəfindən yerinə yetirilməsi barədə Azərbaycan tərəfini, sazişlərin bağlanması barədə Gürcüstan parlamenti və Prezidentini məlumatlandırmaq həvalə olunub.
2025-ci ildə Orta Dəhliz üzrə Gürcüstan ərazisindən konteyner daşımalarının həcmi 33 faiz, Bakı-Tiflis-Qars dəmir yolu marşrutu vasitəsilə yük dövriyyəsi isə təxminən altı dəfə artıb.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə baş nazir sosial şəbəkə hesabında paylaşım edib. Görüşdə ikitərəfli, regional və beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə olunub.