Xəbər axtarın

Son axtarış nəticələri:

Səfir: “Azərbaycanla tərəfdaşlığımızı daha da gücləndiririk” - FOTO

06.10.2026 13:26

Səfir: “Azərbaycanla tərəfdaşlığımızı daha da gücləndiririk” - FOTO

Böyük Britaniya Azərbaycan biznesləri üçün yeni ticarət və investisiya imkanlarının inkişafına dəstəyini davam etdirir.

Primeinfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman “X” hesabında qeyd edib.

“İqtisadi artıma töhfə verən tərəfdaşlığımızı daha da gücləndiririk. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarın Azərbaycana ilk səfəri zamanı Prezident İlham Əliyevlə görüşdük. Azərbaycanın ən böyük xarici investoru olan Böyük Britaniya hər iki ölkənin biznesləri üçün yeni ticarət və investisiya imkanlarının inkişafına dəstəyini davam etdirir”, – səfir vurğulayıb.

Paylaş: