Xəbər axtarın

Son axtarış nəticələri:

Fransada ETİRAZLAR: 1000-ə yaxın şəxs saxlanıldı - FOTO

06.10.2026 11:09

Fransada ETİRAZLAR: 1000-ə yaxın şəxs saxlanıldı - FOTO

Fransada lisey şagirdlərinin etirazları fonunda vəziyyət gərgin olaraq qalır. Daxili İşlər Nazirliyinin məlumatına görə, oktyabrın 5-də ölkə üzrə 984 nəfər saxlanılıb, hüquq-mühafizə orqanlarının 65 əməkdaşı yaralanıb.

Primeinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, etirazlar başlayandan ümumilikdə 5060 nəfər polis nəzarətinə götürülüb.

Onların 87 faizinin yetkinlik yaşına çatmayanlar olduğu bildirilir. Ümumilikdə 14 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Fransada ETİRAZLAR: 1000-ə yaxın şəxs saxlanıldı - FOTO

Təhsil naziri Edouard Geffray bildirib ki, bazar ertəsi 589 təhsil müəssisəsində dərslər tam və ya qismən pozulub. Etirazlar başlayandan 190 şagird və təhsil işçisinin yaralandığı qeyd olunub.

Aksiyalar ali təhsil müəssisələrinə də yayılıb. Kreteil akademiyasında 17 kollec blokadalar və nümayişlər səbəbindən bağlı qalıb. Parisdə Sorbonna-Nouvelle Universitetinin bir binası da bloklanıb.

Etirazlar zamanı Lans şəhərində 15 yaşlı lisey şagirdinin qumbara partlayışı nəticəsində əli amputasiya edilib. Hadisə ilə bağlı Milli Polis Baş Müfəttişliyi (IGPN) araşdırma aparır.

Fransada ETİRAZLAR: 1000-ə yaxın şəxs saxlanıldı - FOTO

Bu arada, fermerlərin də aksiyalara qoşulması gözlənilir. Kəndlilər Konfederasiyası fermerləri çərşənbə axşamı keçiriləcək nümayişlərə traktorlarla qatılmağa çağırıb.

Təşkilatın məlumatına görə, ən azı 10 departament bölməsi bu çağırışı dəstəkləyib.

Fransada ETİRAZLAR: 1000-ə yaxın şəxs saxlanıldı - FOTO

Paylaş: