Xəbər axtarın

Son axtarış nəticələri:

Siyəzəndə narkotiklə bağlı ƏMƏLİYYAT: 14 nəfər SAXLANILDI

05.10.2026 18:40

Siyəzəndə narkotiklə bağlı ƏMƏLİYYAT: 14 nəfər SAXLANILDI

Siyəzəndə 6 kiloqram narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyindən (DİN) Primeinfo.az-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində silsilə tədbirlər həyata keçirilib.

Nəticədə qeyd olunan qanunsuz əməllərdə şübhəli bilinən 14 nəfər müəyyən edilərək saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 6 kiloqram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və həblər aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş: