Xəbər axtarın

Son axtarış nəticələri:

İzmirdə kütləvi həbslər - CHP-lilər SAXLANILDI 

06.10.2026 10:32

İzmirdə kütləvi həbslər - CHP-lilər SAXLANILDI 

Türkiyənin İzmir şəhərində korrupsiya iddiaları ilə bağlı əməliyyat keçirilib.

Primeinfo.az “TRT haber”ə istinadən bildirir ki, İzmir Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıq Bürosunun icra etdiyi əməliyyat Bayraqlı Bələdiyyəsində korrupsiya və dövlətə ziyan vurulması iddiaları üzrə təhqiqat çərçivəsində aparılıb.

Əməliyyat nəticəsində hüquq-mühafizə orqanları tərəfindən 48 nəfər haqqında saxlanılma qərarı çıxarılıb və onların 45-i artıq tutulub.

Saxlanılanlar arasında Bayraqlı Bələdiyyəsinin keçmiş sədri Serdar Sandal və CHP Bayraqlı rayon sədri Didem Gültekin də var.

Digər şübhəlilərin tutulması istiqamətində axtarışlar davam edir.

İzmirdə kütləvi həbslər - CHP-lilər SAXLANILDI 

 

1969-cu ildə Tuncelidə anadan olan Serdar Sandal Yüzüncü Yıl Universitetinin Riyaziyyat ixtisasını bitirib və uzun illər müəllim kimi fəaliyyət göstərib. Siyasi karyerasında SHP və CHP-nin müxtəlif pillələrində çalışan Sandal 2019-cu il yerli seçkilərində CHP-dən Bayraqlı Bələdiyyə sədri seçilib və 2024-cü ilin əvvəlinə qədər bu vəzifəni icra edib.

CHP 31 mart 2024-cü il seçkilərində onun namizədliyini yenidən irəli sürməsə də, Sandal partiyasında qalaraq fəaliyyətini davam etdirəcəyini bildirib. O, 2026-cı ilin mart ayında bələdiyyənin keçmiş əməkdaşı Pınar Özkanın işdən qanunsuz çıxarılması iddiası ilə küçədə ona etdiyi sərt etirazla da gündəmə gəlib.

Paralel olaraq Mersin Cümhuriyyət Baş Prokurorluğunun göstərişi ilə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən Mersin Böyükşəhər, Yenişehir və Mezitli bələdiyyələrinə qarşı da korrupsiya əməliyyatı keçirilib.

Oktyabrın 1-də çoxlu sayda ünvanda və bələdiyyə binalarında axtarışlar aparılıb, ümumilikdə 63 şübhəli haqqında saxlanılma qərarı verilib. Dindirilməsi başa çatan 60 şübhəlidən 50-si həbs olunması, 10-u isə məhkəmə nəzarətinə götürülməsi tələbi ilə məhkəməyə göndərilib.

 

Məhkəmə qərarı ilə Yenişehir Bələdiyyə sədri Abdullah Özyiğit və 5 əməkdaş həbs olunub, 1 nəfər haqqında ev həbsi qətimkan tədbiri seçilib. Mezitli Bələdiyyə sədri Ahmet Serkan Tuncer daxil olmaqla 10 nəfər həbs edilib, 6 nəfərə ev həbsi verilib, 1 nəfər isə məhkəmə nəzarəti şərtilə azadlığa buraxılıb.

Yekun olaraq, Mersindəki təhqiqat çərçivəsində 2 bələdiyyə sədri daxil olmaqla 16 nəfər həbs olunub, 7 nəfər haqqında ev həbsi qərarı çıxarılıb. Mersin Böyükşəhər Bələdiyyə sədri Vahap Seçer də daxil olmaqla 36 şübhəlinin ədliyyədəki prosesləri davam edir.

İzmirdə kütləvi həbslər - CHP-lilər SAXLANILDI 

Paylaş: