
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib.
Primeinfo.az xəbər verir ki, Oqtay İsmət oğlu Gözəlov mərkəzin direktoru təyin olunub.
Qeyd edək ki, O.Gözəlov peşəkar fəaliyyətinə həkim-psixiatr kimi başlayıb, daha sonra hərbi həkim kimi xidmət edib.
2008-ci ildən Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) müxtəlif rəhbər və ekspert vəzifələrində fəaliyyət göstərib.
Xatırladaq ki, daha əvvəl Mirələm Cəlalov bu vəzifədə çalışıb. O, bu ilin aprelində işdən azad olunub.