
UEFA Millətlər Liqasında 4-cü turun növbəti matçları baş tutub.
Primeinfo.az xəbər verir ki, A, B və C liqalarında ümumilikdə 8 oyun keçirilib.
Fransa milli futbol komandası Belçika yığmasını 4:1 hesabı ilə məğlub edib. Fransada keçirilən görüşdə Belçika millisi 35-ci dəqiqədə Dodi Lukebakionun qolu ilə hesabı açıb.
Fransa 77-ci dəqiqədə Desire Duayın qolu ilə bərabərliyi təmin edib. Daha sonra Rayan Çerki (81-ci dəqiqə) və Maykl Olize (88, 90+1) fərqlənərək komandasının qələbəsini rəsmiləşdiriblər.

Qrupun digər oyununda İtaliya yığması Bolonyada Türkiyəni 3:1 hesabı ilə məğlub edib. İtaliyanın qollarını Canluka Skamaka (26), Rikkardo Kalafiori (64) və Françesko Esposito (87), Türkiyənin qolunu isə Aral Şimşir (61) vurub.
Dörd turdan sonra Fransa 10 xalla qrupda liderdir. İtaliya 7 xalla ikinci, Belçika 6 xalla üçüncü, Türkiyə isə xalsız sonuncudur.
UEFA Millətlər Liqasının son qalibi Portuqaliya millisidir.
UEFA Millətlər Liqası
Qrup mərhələsi
A Liqası
I qrup
22:45. Fransa – Belçika 4:1
22:45. İtaliya – Türkiyə 3:1
B Liqası
II qrup
22:45. Ukrayna – Macarıstan 1:2
22:45. Şimali İrlandiya – Gürcüstan 0:0
IV qrup
22:45. Rumıniya – İsveç 0:1
22:45. Bosniya və Herseqovina – Polşa 1:0
C Liqası
II qrup
20:00. Kipr – Latviya 2:1
22:45. Monteneqro – Ermənistan 0:0