Xəbər axtarın

Son axtarış nəticələri:

Yasamalın bəzi ərazilərində işıq kəsiləcək

06.10.2026 10:00

Yasamalın bəzi ərazilərində işıq kəsiləcək

Elektrik enerjisinin verilişinin keyfiyyətinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 6-da Yasamal rayonunda transformator məntəqəsində təmir işləri aparılacaq.

“Azərişıq” ASC-dən Primeinfo.az-a bildirilib ki, bununla əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Bəşir Səfəroğlu, İzmir, Məhəmməd Xiyabani, Mirəli Seyidov və Nəriman Nərimanov küçələrində, Tbilisi prospektində, həmçinin Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq.

Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərin elektrik enerjisi ilə daha keyfiyyətli və dayanıqlı təmin olunacağı bildirilib.

Paylaş: