Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək - FOTO

06.10.2026 10:41

Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək - FOTO

Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək.

Primeinfo.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Məkkə Ortaq Müdafiə Sazişi çərçivəsində Ər-Riyadda keçirilən keçirilən Strateji Siyasi və Müdafiə Komitəsinin iclasından sonra Pakistan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkə hesabında yaydığı bəyanatda bildirilib.

Qeyd edilib ki, komitə kollektiv müdafiə öhdəliklərinin icrasına dərhal başlamalıdır: “Bu çərçivədə tərəflərin milli qanunvericiliyinə uyğun razılaşdırılmış hərbi qüvvələrin və imkanların Səudiyyə Ərəbistanına sürətlə yerləşdirilməsi istiqamətində tədbirlər görməyi, bununla da təhdidlərlə mübarizəyə yönəlmiş hazırlıq vəziyyətini, hərbi inteqrasiyanı və kollektiv potensialı gücləndirməyi qərara alıb”.

Bəyanatda o da bildirilib ki, pakistanlı general-leytenant Nauman Mahmud Məkkə Müdafiə İttifaqının Baş katibi seçilib.

Tərəflər Məkkə və Mədinəni hədəf almağa yönəlmiş cəhdi və Səudiyyə Ərəbistanındakı şəhərlər, mülki və iqtisadi obyektlərə hücumları ən sərt ifadələrlə qınayıblar.

Həmcinin qeyd edilib ki, Pakistan, Səudiyyə Ərəbistanı ilə Türkiyə Məkkə sazişi çərçivəsində müdafiəyə qəti sadiqdir və təhdidlərlə mübarizədə vahid mövqedən çıxış edəcək: “Komitə kollektiv müdafiə öhdəliklərinin dərhal praktiki icrasına keçməyə və zəruri tədbirlər görməyə qərar verib”.

Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək - FOTO

Hər bir tərəfin təhlükəsizliyinin üç ölkənin kollektiv təhlükəsizliyinin ayrılmaz hissəsi olduğu təsdiqlənib. İclasın Səudiyyə Ərəbistanı Krallığının üzləşdiyi təhlükəsizlik prosesləri (husilərin hücumları) və təhdidləri həll etmək məqsədilə keçirildiyi vurğulanıb: “Tərəflər həmçinin Məkkə və Mədinəni hədəf alma cəhdini, eləcə də Krallıqdakı şəhərlər, mülki və iqtisadi obyektlərə davamlı hücumları ən kəskin şəkildə qınayaraq”.

Bəyanatda krallığın təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı hər hansı hücum və ya təhdidin birmənalı şəkildə rədd edildiyi vurğulanıb.

 

Paylaş: