Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiya XİN: Ermənistan Gümrüdəki məsələni bizim üzərimizə atır

06.10.2026 21:10

Rusiya XİN: Ermənistan Gümrüdəki məsələni bizim üzərimizə atır

Ermənistan Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının ölkədən çıxarılmasına görə məsuliyyəti Moskvanın üzərinə atır.

Primeinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqin RİA Novosti-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, İrəvan məsələni elə təqdim etməyə çalışır ki, guya Rusiyanın Ermənistandakı hərbi bazasının gələcək fəaliyyəti ilə bağlı müzakirələrin təşəbbüskarı Moskvadır.

Kaluqin bildirib ki, Ermənistanın hakim elitası mühüm qərarların xarici oyunçular tərəfindən verilməsini gözləyir.

Rusiya XİN rəsmisi bu yanaşmanın yalnız hərbi baza məsələsində deyil, Ermənistanın Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında seçimlə bağlı mümkün referendumunda və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərində də müşahidə olunduğunu iddia edib.

Qeyd edək ki, söhbət Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazasından gedir. Rusiya Prezidenti Vladimir Putin sentyabrın 1-də bildirmişdi ki, əgər Ermənistan bu bazanın ölkədə qalmasında maraqlı olmasa, Moskva öz hərbi mövcudluğunu İrəvana qəbul etdirmək niyyətində deyil.

Paylaş: