Xəbər axtarın

Son axtarış nəticələri:

Dövlət satınalmalarının vahid internet portalında süni intellekt əsaslı YENİ FUNKSİYA

07.10.2026 16:26

Dövlət satınalmalarının vahid internet portalında süni intellekt əsaslı YENİ FUNKSİYA

Satınalma proseslərinin daha səmərəli təşkili məqsədilə Dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) yeni rəqəmsal həll tətbiq olunub.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Primeinfo.az-a bildirilib ki, portalda elan olunan satınalmalar üzrə şərtlər toplusunun süni intellekt texnologiyaları vasitəsilə avtomatik təhlili və yoxlanılması imkanı yaradılıb.

Yeni həll ilkin mərhələdə şərtlər toplusundakı texniki xətaları, hüquqi uyğunsuzluqları və digər çatışmazlıqları müəyyən edərək preventiv tədbirlərin görülməsinə imkan yaradacaq.

Bundan əlavə, sistem hər hansı təchizatçıya əsassız üstünlük yarada biləcək subyektiv və ya məhdudlaşdırıcı xarakterli tələblərin operativ şəkildə aşkarlanmasına, bununla da rəqabət mühitinin qorunmasına dəstək göstərəcək. Süni intellekt əsaslı həll həmçinin təchizatçılar tərəfindən irəli sürülə biləcək etiraz və şikayətlərin, eləcə də satınalma prosedurlarının ləğvi ilə bağlı risklərin azaldılmasına xidmət edəcək.

Məlumat üçün bildirək ki, süni intellekt vasitəsilə aparılan yoxlamaların nəticələri və həmin yoxlamalar əsasında formalaşdırılan hesabatlar satınalan təşkilatlar üçün tövsiyə xarakteri daşıyır.

Paylaş: