Ermənistanda 6 deputat köməkçisi cəzalandırıldı
Ötən gün Ermənistan parlamentində baş verən əlbəyaxa davadan sonra müxalifətdəki “Güclü Ermənistan” fraksiyasından olan deputatın köməkçilərinin binaya girişinə qadağa qoyulub. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, parlament spikeri Ruben Rubinyanın qərarı ilə deputat köməkçilərinin qarşıdurmaya mümkün müdaxiləsi ilə bağlı xidməti araşdırma aparılacaq.