Xəbər axtarın

Son axtarış nəticələri:

Partiya sədri: "Rusiya Türkiyəyə qarşı münasibətdə birmənalı mövqe sərgiləməlidir" - VİDEO

07.10.2026 12:00

Partiya sədri: "Rusiya Türkiyəyə qarşı münasibətdə birmənalı mövqe sərgiləməlidir" - VİDEO

“Rusiya Qərbin bütün çağırışlarına baxmayaraq, sanksiyalara qoşulmayan Türkiyəyə qarşı münasibətdə birmənalı mövqe sərgiləməlidir”.

Primeinfo.az xəbər verir ki, bu sözləri Ədalət Partiyasının sədri Mütəllim Rəhimov Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.

O qeyd edib ki, belə bir məqamda Rusiyanın öz hərəkətlərinə bəraət qazandırmaq niyyətləri doğru anlaşıla bilməz:

“Hesab edirəm ki, Rusiya bu barədə ən azı iki dəfə düşünməlidir. Çünki səhv bir və ya iki dəfə ola bilər. Əgər bu hadisələr vaxtaşırı baş verirsə, deməli burada fərqli niyyətlər var”.

Qeyd edək ki, iki Rusiya dronunun həyata keçirdiyi dəhşətli hücum nəticəsində neytral sularda qarğıdalı daşıyan və Türkiyəyə məxsus olan mülki gəmi vurulub.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, gəmidə Azərbaycan və Hindistan vətəndaşları olub: “Təəssüf ki, artıq gəmi kapitanının həlak olduğu məlum olub. Başsağlığı verirəm. Hazırda daha bir şəxsin taleyi müəyyənləşdirilir. On bir ekipaj üzvü xilas edilib; onlardan biri yaralıdır”.

Davamı “Qırmızı masa”da:

Paylaş: