
“Türkiyə ilə Azərbaycanın arasının vurulması üçün sistemli “qaşındırma” var”.
Primeinfo.az xəbər verir ki, bu sözləri jurnalist Aygün Muradxanlı Prime TV-nin “Qırmızı masa” platformasında bildirib.
Onun sözlərinə görə, Türkiyə mediasında Azərbaycan əleyhinə kampaniya xeyli vaxtdır davam edir. Məqsəd Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərini hədəf almaqdır.
“Bir müddət əvvəl də “Albayraklar”ın mediasında Azərbaycana yüklənmələr oldu. Sonra yenidən İsrail məsələsini ortaya atdılar. O alınmadı, keçdilər Şah İsmayıl Xətaiyə. Daha sonra hicab, İsrail məsələlərilə aranı qızışdırdılar. Yəni, “Türkiyə ilə Azərbaycanın arası açılsın, düşmənçilik yaransın zənciri”ni kim qurur, kim qoymur o zənciri qırmağa və buradakı ayarlar nədir?”, – deyə A.Muradxanlı araşdırıb.
Maraqlı müzakirənin davamı “Qırmızı masa”da: