
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş” çərçivəsində 2026-2027-ci tədris ili üzrə 8 Tacikistan vətəndaşı ölkəmizin ali məktəblərində təhsil almaq hüququ qazanıb.
Bu barədə Primeinfo.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Tacikistan vətəndaşları Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Tibb Universitetində bakalavriat və magistratura səviyyələrində təhsil alacaqlar. Təhsil proqramları humanitar və sosial, texniki və texnoloji, iqtisadiyyat və idarəetmə, eləcə də əsas (baza ali) tibb təhsili ixtisas istiqamətlərini əhatə edəcək.