Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyədə ƏMƏLİYYAT: 17 bələdiyyə işçisi rüşvət ittihamı ilə saxlanıldı

07.10.2026 10:56

Türkiyədə ƏMƏLİYYAT: 17 bələdiyyə işçisi rüşvət ittihamı ilə saxlanıldı

Türkiyənin İstanbul əyalətinin Esenyurt bələdiyyəsində bəzi tenderlərdə saxtakarlıq edildiyi və podratçılardan rüşvət alındığı iddialarına yönəlik istintaq çərçivəsində keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb.

Primeinfo.az bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.

Məlumata görə, sözügedən cinayət əməllərində iştirak etdiyi müəyyən edilmiş 19 şübhəli barəsində həbs qətimkan qərarı verilib. Onlardan 17-si saxlanılsa da, 2-nin tutulması istiqamətində əməliyyat aparılır.

Bələdiyyənin şübhəli əməkdaşlarının işi üzrə istintaqlar davam edir.

Saxlanılanlar arasında keçmiş sədrin sağ qolu syaılan Bələdiyyə sədrinin müavini Yusuf Ulutaşla yanaşı, Esenyurt Bələdiyyə sədrinin keçmiş müavini Ümit Ünal, Esenyurt Bələdiyyəsisinin Məhəllə İşləri üzrə müdiri Ziya Seymen, Park və Bağçalar müdiri İbrahim Doğancıoğlu və işçisi Anıl Alioğlu, bələdiyyə işçisi Edil Kəsik, Tunan Uluny, şirkət sahibləri – Tunan Uluny. Şenocak, Doğan Can Göksel, Cemalettin Çağlayan, Harun Berber, Salih Yılmaz, Erhan Toprak, Orhan Yıldırım, Ziya Köklü, Halil Yılmaz, Emrah Koşunalp da var.

 

Paylaş: