Xəbər axtarın

Son axtarış nəticələri:

"Dron hücumlarına görə gəmini tərk edə bilmirik" - Rostovda dənizdə qalan 11 azərbaycanlı KÖMƏK istəyir - VİDEO

07.10.2026 15:50
"Dron hücumlarına görə gəmini tərk edə bilmirik" - Rostovda dənizdə qalan 11 azərbaycanlı KÖMƏK istəyir - VİDEO

Rusiyanın Rostov şəhərində 12 ekipaj üzvünün (11 azərbaycanlı, 1 rus) olduğu “Consul” adlı gəmi 4 aydır çıxılmaz vəziyyətdə qalıb. Dənizçilər dron hücumları ucbatından gəmini tərk edə bilmirlər və təhlükə altındadırlar.

Bu barədə Primeinfo.az-a adıçəkilən gəminin kapitanı Səbuhi Salahov məlumat verib.

O, çarəsiz durumda qaldıqlarını və aidiyyəti qurumlardan kömək istədiklərini bildirib:

“Rostova gəldik, buradan yük götürüb Moldovaya getməli idik. Bir səfər etdik. İkinci səfər zamanı gəmiləri vurmağa başladılar. Yollar bağlandı. Artıq 4 aydır gəmi Rostovda lövbərdədir. Gəmi Türkiyənin “Adler Gemiçilik” şirkətinə məxsusdur. Rəhbərlərindən biri – azərbaycanlı Elman Mürsəlov, digəri isə Türkiyə vətəndaşı Müzeffer Salim adlı şəxsdir”.

Səbuhi Salahovun sözlərinə görə, uzun müddətdir maaşları ödənilmir, telefonları bloklanıb və Azərbaycana qayıtmaları üçün onlara şərait yaradılmır: “Nə yol pulu verirlər ki, evə gedək, nə yemək pulu verirlər, nə də maaşlarımızı ödəyirlər. Maaşlarımızı alıb evə dönmək istəyirik. Yanımızda hər həftə bir gəmi vurulur. Hər saniyəmiz ölümdür. Aidiyyəti qurumlardan xahiş edirik, səsimizi səs versinlər”.

O qeyd edib ki, ərazidə olan bəzi gəmilərin heyətləri artıq evlərinə göndərilsə də, onların çalışdığı şirkət bununla bağlı heç bir ölçü götürməyib: “Xahiş edirik ki, maaşlarımız ödənilsin və evimizə dönək”.

Paylaş: