Xəbər axtarın

Son axtarış nəticələri:

Kobaxidze Zakir Həsənovla görüşüb - FOTO

01.06.2026 11:00

Kobaxidze Zakir Həsənovla görüşüb - FOTO

Gürcüstanın Tbilisi şəhərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Baş naziri İrakli Kobaxidze ilə görüşüb.

Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən bildirilib.

Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovaninin də iştirak etdiyi görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti, regional və beynəlxalq gündəmdə duran məsələlər müzakirə olunub.

Tərəflər, həmçinin regionda sülhün və sabitliyin qorunmasının əhəmiyyətini diqqətə çatdırıb, Gürcüstan və Azərbaycan arasında müdafiə sahəsində strateji tərəfdaşlığın və əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıblar.

Kobaxidze Zakir Həsənovla görüşüb - FOTO

Paylaş: