TƏCİLİ: İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
İsmayıllıda məişət zəminində zəhərlənmə hadisəsi baş verib.
İsmayıllıda məişət zəminində zəhərlənmə hadisəsi baş verib.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumat yayıb. Primeinfo.az xəbər verir ki, birgə məlumatda deyilir: “Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi ilə bağlı ilkin epidemioloji araşdırmalara əsasən xəstəliyə şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təması müəyyən edilib. Xəstəliyə şübhəli olan ilk şəxsdən götürülmüş müayinə materialının laborator müayinəsi nəticəsində “qarayara xəstəliyi” diaqnozu təsdiq edilmişdir.
Son dövrlər sosial media platformalarında bəzi idman qidalarının “arıqlamağa kömək edir”, “piy yandırır”, “yağları əridir”, “bədən çəkisini azaltmağa kömək edir” və digər bu kimi ifadələrlə reklam edilməsi halları artıb. AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən Primeinfo.az-a bildirilib ki, qida məhsullarının istehlakçılara bu cür çaşdırıcı ifadələrlə təqdim olunması qanunvericiliyin tələblərinə ziddir. “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, qida məhsullarının etiketində, reklamında və təqdimatında həmin məhsula xas olmayan təsir və ya xassələrin göstərilməsinə yol verilmir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə üzrə heyvan satışı bazarlarının baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğunlaşdırılması istiqamətində aparılan tədbirlər nəticəsində yenidən qurulan 16 heyvan satışı bazarı fəaliyyətə başlayıb. Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı, Ağsu, Xaçmaz, Sabirabad rayonlarında və Bakının Binə qəsəbəsində yerləşən heyvan bazarları müasir infrastrukturla təmin olunub. Primeinfo.az xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Arıqlama məhsullarının tərkibində insan sağlamlığı üçün ciddi təhlükə yaradan maddələr aşkar edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2026-cı ilin ilk 6 ayın üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova məlumat verib. Onun sözlərinə görə, AQTA tərəfindən aparılan nəzarət tədbirləri zamanı aşkar edilib ki, bir sıra sosial şəbəkə platformalarında şəxsi istifadə məqsədilə ölkəyə gətirilmiş və ya poçt vasitəsilə sifariş olunmuş qida məhsulları qanunsuz şəkildə satışa çıxarılır: “Bu tendensiyanın ən qabarıq müşahidə olunduğu sahələrdən biri idmançı qidalarıdır.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən son günlər Gəncə şəhəri və Samux rayonunda yas mərasimləri zamanı ardıcıl qeydə alınmış qida zəhərlənməsi halları ilə bağlı araşdırmalar davam etdirilir. Primeinfo.az AQTA-ya istinadən xəbər verir ki, iyulun 12-də Gəncə şəhərində 7 nəfərin, iyulun 14-də Gəncə şəhərində 3 nəfərin, iyulun 15-də isə Samux rayonunda 12 nəfərin zəhərlənməsi faktı üzrə Agentlik tərəfindən dərhal araşdırmalara başlanılıb. İlkin epidemioloji araşdırmalar zamanı hər üç yas mərasimində istehlak edilən qida məhsulları təhlil olunmuş və ortaq risk faktoru kimi lavaş məhsulu müəyyən edilib.
Son günlər Azərbaycan ərazisində, xüsusilə Xəzəryanı bölgələrdə miqrasiyası və populyasiya sıxlığının artması səbəbilə müşahidə olunan invaziv növlərə aid bəzi çəyirtkələr Qazaxıstan və Rusiyadan gəlib. Bu barədə Primeinfo.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, agentlik bununla bağlı ölkənin müxtəlif ərazilərində yerləşən 95 məntəqədə müşahidələr və monitorinqlər həyata keçirib.
Əli Tahir oğlu Nəbiyev Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini vəzifəsinə təyin edilib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. O, bu vəzifədə Balarəhim Mirzəağa oğlu Quliyevi əvəz edib.
Mağazalardakı bir qəpiklik yumurtalarda uyğunsuzluq aşkarlanmayıb. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, ərzaqlıq yumurtaların keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə daimi olaraq monitorinq və yoxlama nəzarət tədbirləri aparılır.
Ötən ay Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 121 nömrəli orta məktəbdə qida zəhərlənməsi ilə bağlı məlumat daxil olub.