Son aylarda mağaza və bazarlarda Monqolustandan gətirilən ət alıcılar arasında böyük maraq doğurub. Kilosu cəmi 12 manata satılan bu ətlər artıq bir çox marketin vitrinində yerli məhsulları sıxışdırır. Primeinfo.az xəbər verir ki, rəsmi məlumata görə, ötən il ölkəyə idxal olunan ətin həcmi 41% artıb.
Bakı şəhəri Səbail rayonu, Z.Tağıyev küçəsi ev 16/18 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Tural Şakir oğluna məxsus “Sushi Club” ictimai iaşə müəssisəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, AQTA əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı ictimai iaşə müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, suşi rolların hazırlanmasında istifadə edilən çiy balığın müşayiətedici sənədlərinin olmadığı, emal prosesində istifadə olunan yarımfabrikatların üzərində hazırlanma tarixinin qeyd edilmədiyi, xammalların saxlama temperaturuna əməl olunmadığı, texnoloji prosesin ardıcıllığının pozulduğu, işçilərin dövri tibbi müayinədən keçmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.
Bəzi media səhifələrində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyəti sədrinin müavini Tamilla Əliyevanın vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. Primeinfo.az xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, Tamilla Əliyeva AQTA sədrinin müvafiq əmri ilə Agentliyin Aparatında heyvan sağlamlığı və bioloji təhlükəsizlik məsələləri üzrə məsul vəzifəyə təyin edilib: “Bu təyinatadək o, heyvan sağlamlığı və bioloji təhlükəsizlik sahəsində elmi əsasların formalaşdırılması, beynəlxalq təcrübənin tətbiq edilməsi, bir sıra nüfuzlu təşkilatlarda ölkəmizin təmsil edilməsi, baytarlıq preparatlarının və onlara aid sənəd, eləcə də materialların ekspertizası sahəsində fəaliyyət göstərib.
“Yəni, 30 minə birdəfəlik icazə alıb, əti ömrünün sonunədək ölkəyə gətirə bilirsən. Təbii ki, bu da çoxunu qane etmir. Çünki deyirlər ki, bu vaxta qədər biz pulumuzu ödəyib malımızı gətirirdik, indi niyə rüsum verməliyik”.
Ötən ay İmişli rayonunda keçirilən mərasimdə 73 nəfərin zərər çəkdiyi kütləvi zəhərlənmə hadisəsi məişət zəminində baş verib. Bu barədə Primeinfo.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, daxil olan bildiriş əsasında AQTA-nın Mil-Muğan regional bölməsinin əməkdaşlarının götürdüyü nümunələrin müayinəsi nəticəsində bir sıra uyğunsuzluqlar (E.Coli O157:H7 və S.aureus törədiciləri) müəyyən edilib.
Bakı şəhəri, Xətai rayonunda yerləşən “Kolorit” restoranında vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində saxlanması ilə bağlı monitorinq keçirilib. Bu barədə Primeinfo.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, baxış zamanı heyvan və quşların baytar nəzarəti olmadan qapalı məkanda saxlanıldığı aşkar olunub.