Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)

İrandan idxal olunan portağallara əlavə nəzarət tətbiq edilib

İrandan idxal olunan portağallara əlavə nəzarət tətbiq edilib

İran İslam Respublikasından portağal məhsullarının idxalı ilə bağlı müraciət əsasında götürülmüş nümunələrin müayinəsi nəticəsində bəzi partiyalarda istifadəsinə yol verilməyən, insan həyat və sağlamlığı üçün təhlükəli hesab edilən rəngləyici maddə (Citrus Red 2) aşkarlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Belə ki, cari il ərzində İrandan portağal idxalı üçün ümumilikdə 33 şirkətin müraciəti qeydə alınıb, uyğunsuzluq isə yalnız üç şirkətə məxsus məhsulda müəyyən edilib.

Bakı bazarında ciddi qida təhlükəsizliyi pozuntuları aşkarlanıb - FOTO

Bakı bazarında ciddi qida təhlükəsizliyi pozuntuları aşkarlanıb - FOTO

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşlarının keçirdiyi monitorinqi nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 14 ünvanında yerləşən “Bestoll Lüks” MMC-yə məxsus “Kəndli” bazarında keçirilən monitorinq zamanı bir sıra nöqsanlar aşkarlanıb. Primeinfo.az-a Agentlikdən verilən məlumata görə, bazarda müşayiətedici sənədləri olmayan kustar üsullarla hazırlanmış turşu, mürəbbə və marinad edilən məhsulların, həmçinin ekspertiza aktları, istehsalçısı və mənşəyi məlum olmayan süd məhsullarının satışının həyata keçirildiyi müəyyən edilib. Bundan başqa, müvafiq sənədləri olmadan toyuq və mal ətlərinin, açıq hava şəraitində temperatur rejimi gözlənilmədən saxlanılan balıq məhsullarının satışa çıxarıldığı aşkar olunub.

Tələblərə əməl etməyən heyvan bazarları bağlanacaq - XƏBƏRDARLIQ

Tələblərə əməl etməyən heyvan bazarları bağlanacaq - XƏBƏRDARLIQ

Ölkə üzrə 14 heyvan bazarında yenidənqurma prosesi aparılır. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Göyçay, Göygöl, İmişli, Salyan, Şamaxı rayonlarında yerləşən heyvan bazarlarında işlər AQTA-nın Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq olunmuş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun olaraq mərhələli şəkildə irəliləyir.

Cəlilabadda qanunsuz ət satışı aşkarlandı -  FOTO

Cəlilabadda qanunsuz ət satışı aşkarlandı -  FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Daxili İşlər Nazirliyinin Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı rayonun Cavadxan küçəsində yerləşən, fiziki şəxs Quliyev Şamil Əzim oğluna məxsus ət satışı məntəqəsində ətlərin baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı aşkarlanıb. Primeinfo.az xəbər verir ki, faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib. Ət məhsulları satışdan çıxarılaraq möhürlənib, nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

AQTA ictimai iaşə müəssisələrində reydlər keçirəcək - XƏBƏRDARLIQ -VİDEO

AQTA ictimai iaşə müəssisələrində reydlər keçirəcək - XƏBƏRDARLIQ -VİDEO

Qida Təhlükəsizliyi Agentliyi ictimai iaşə müəssisələrində, o cümlədən, restoran və şadlıq saraylarında reydlər keçirəcək​. Primeinfo.az xəbər verir ki, bu barədə agentlik xəbərdarlıq edib. Bildirilib ki, yalnız baytarlıq nəzarəti təmin edilmiş, rəsmi qeydiyyatdan keçmiş heyvan kəsimi məntəqələrindən baytarlıq sənədləri mövcud olan ətlər istehlaka təqdim edilməlidir.

AQTA-dan uşaq qidası ilə bağlı - XƏBƏRDARLIQ

AQTA-dan uşaq qidası ilə bağlı - XƏBƏRDARLIQ

Amerika Birləşmiş Ştatlarında (ABŞ) “ByHeart Whole Nutrition Infant Formula” adlı uşaq qidasının istehlakı ilə əlaqədar körpələr arasında botulizm halları (zəhərli bakteriya ilə baş verən ağır qida zəhərlənməsi) qeydə alınıb. Bu barədə Primeinfo.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. AQTA-nın apardığı araşdırma nəticəsində sözügedən uşaq qidasının ölkəyə idxal edilmədiyi müəyyənləşdirilib.

“Vosmoy”da antisanitar vəziyyət - VİDEO

“Vosmoy”da antisanitar vəziyyət - VİDEO

Bakı şəhəri, Nizami rayonu, “8-ci km” bazarında aparılan son monitorinqlər göstərir ki, ərzaq bazarında sanitar-gigiyenik tələblərə əməl olunmur. Primeinfo.az xəbər verir ki, bu haqda Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilir ki, antisanitar vəziyyət insan həyat və sağlamlığı üçün real təhlükə mənbəyidir.

AQTA-nın adıyla saxta ixrac sertifikatı hazırlandı - FOTO

AQTA-nın adıyla saxta ixrac sertifikatı hazırlandı - FOTO

Xarici ölkələrdə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) saxta ixrac sertifikatı hazırlanıb. Bu barədə Primeinfo.az-a AQTA-dan məlumat verilib. Bildirilib ki, Beynəlxalq ticarət qaydalarına əsasən, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) İsrail Dövlətinin Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Nazirliyi tərəfindən fitosanitar sertifikatların həqiqiliyinin təsdiq edilməsinə dair sorğu daxil olub.

Yasamalda çörək sexində ciddi nöqsanlar aşkarlanıb

Yasamalda çörək sexində ciddi nöqsanlar aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, ev 1 ünvanında fiziki şəxs Şəfiqə Qara qızı Nəcəfovaya məxsus çörək emalı müəssisəsində yoxlama aparıblar. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Primeinfo.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə texniki normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Emal müəssisəsində texnoloji ardıcıllıq prinsipinin gözlənilmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, istifadə edilənn avadanlıqların çirkli vəziyyətdə saxlanıldığı, bişmiş çörəyin müvafiq temperaturda soyudulmadığı, istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi və digər nöqsanlar aşkarlanıb.

Mənşəyi məlum olmayan ət məhsulları aşkarlanıb – AQTA nəzarəti gücləndirdi

Mənşəyi məlum olmayan ət məhsulları aşkarlanıb – AQTA nəzarəti gücləndirdi

Son günlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan nəzarət tədbirləri zamanı bəzi ictimai iaşə müəssisələrində və şadlıq saraylarında mənşəyi məlum olmayan, eləcə də baytarlıq arayışı və ya baytarlıq şəhadətnaməsi olmayan ət məhsullarının istifadəsi faktları aşkarlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. Bildirilib ki, qida təhlükəsizliyi tələblərinə görə, eyni zamanda dünyada yayılan yoluxucu heyvan xəstəliklərini nəzərə alaraq, mənşə və keyfiyyəti təsdiqlənməyən heyvan mənşəli məhsulların istehlaka təqdim edilməsi qanunvericiliklə qadağandır və bu hallar insan sağlamlığı üçün ciddi təhlükə yaradır: “Bununla bağlı AQTA tərəfindən ictimai iaşə müəssisələrinə bildiriş məktubları ünvanlanıb və məsul şəxslərə yalnız mənşəyi və keyfiyyəti sənədlərlə təsdiqlənmiş ət məhsullarından istifadə etmələri bir daha xatırladılıb.