
“Türkiyə bu nəhəng təlimlərlə Rusiya, İsrail və Yunanıstanla yanaşı, eyni zamanda qlobal iqtisadiyyata böhran yaratmaq istəyən güclərə də ciddi şəkildə cavab verir. Çünki ortada “Məkkə sazişi” var ki, bu heç də zarafat deyil. Əgər perspektivdə vəziyyət nəzarətdən çıxarsa, Türkiyə proseslərə qoşula bilər”.
Primeinfo.az xəbər verir ki, bu sözləri politoloq Natiq Miri Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri eyni vaxtda üç dənizdə genişmiqyaslı “Denizkurdu-I/2026” hərbi-dəniz təlimlərinə başlayıb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.
Nəhəng dəniz manevrlərinə təxminən 14 min nəfər şəxsi heyət, 100 döyüş gəmisi və 50 aviasiya vasitəsi cəlb olunub. Sentyabrın 25-dək davam edəcək təlimlər eşzamanlı olaraq Qara dəniz, Egey dənizi və Şərqi Aralıq dənizi akvatoriyalarında keçirilir.
Davamı “Qırmızı masa”da: