Sentyabrın 19-da Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan iki nəfərin meyitləri tapılıb.Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadənin və Elmin Elman oğlu Əmrəliyevin meyitləri FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bilgəhdə dənizdə batan şəxslərin kimliyi məlum olub. Primeinfo.az-ın xəbərinə görə, Bilgəh qəsəbəsinin dəniz çimərliyində Qusar rayon sakini 2008-ci il təvəllüdlü Elmin Elmar oğlu Əmirəliyev və Bərdə rayon sakini 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadə suda boğulub. Onların meyitlərinin sudan çıxarılması istiqamətində tədbirlər davam etdirilir.
AzTV-nin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Məmmədli Məqsəd Əlisahib oğlu dənizdə boğularaq ölüb. Primeinfo.az xəbər verir ki, bu barədə AzTV-nin “Facebook” hesabında məlumat verilib. Onun İnformasiya Proqramları studiyasının prodüseri olduğu bildirilir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən bu ilin ötən dövrü ərzində suda boğulma təhlükəsi ilə üzləşən 59-u çimərlik mövsümündə olmaqla, 65 nəfər xilas edilib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə FHN-dən bildirilib. Məlumata görə, xidməti nəzarət edilən ərazilərdə ölümlə nəticələnən sudabatma hadisəsi qeydə alınmayıb.
Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində, ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin meyiti tapılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Bakıda dənizdə iki nəfər boğulub. Primeinfo.az xəbər verir ki, hadisə Şıxov çimərliyində baş verib. Dənizdə batan iki qadının meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb.
Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə nəzarətsiz ərazidə avqustun 2-də batan 2004-cü il təvəllüdlü Həmidov Ruslan Rafiq oğlunun meyiti tapılıb. Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, meyit suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Buzovnada çimərlikdə 2 nəfər dənizdə batıb. Primeinfo.az xəbər verir ki, bu barədə bloger Saleh Nəsirov “İnstaqram” hesabında paylaşım edib. O bildirib ki, dənizdə qayalıq ərazidə 2 qız, 2 oğlan olmaqla, 4 nəfər batma təhlükəsi ilə üzləşib: “Onlardan 11 və 22 yaşlı oğlanların həyatını xilas etmək mümkün olmayıb.
Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Daçnik” adlanan və ən yaxın sularda xilasetmə məntəqəsindən 2 kilometr aralı dənizdə nəzarətsiz ərazidə bir nəfər batıb. Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Bakıda 24 yaşlı gənc dənizdə boğulub. Primeinfo.az xəbər verir ki, hadisə Sahil qəsəbəsində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Elcan Mirzə oğlu Mirzəyev dənizdə boğulub.