"ADEX 2026": 46 ölkə Bakıda hərbi-texniki potensialını nümayiş etdirəcək - FOTO
“Azərbaycanın müdafiə sənayesi imkanları və hərbi-texniki potensialı günü-gündən genişlənir”.
“Azərbaycanın müdafiə sənayesi imkanları və hərbi-texniki potensialı günü-gündən genişlənir”.
Xankəndidə Şəhər Günü münasibətilə türkdilli ölkələrin qadın rəssamlarının iştirakı ilə incəsənət simpoziumu və sərgi keçirilib. Primeinfo.az xəbər verir ki,Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşəbbüsü ilə təşkil olunan “Türk Dünyası Qadın Rəssamları Sərgisi” türk dünyasının müxtəlif ölkələrindən olan istedadlı qadın rəssamları bir araya gətirib. Xankəndi, şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Raev, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev, Mədəniyyət Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərrux Cumayev və digər şəxslər iştirak ediblər.
Gənc rəssam Kəmalə Cəfərovanın “Yaşamaq da sənətdir” adlı fərdi sərgisi keçirilib. Primeinfo.az xəbər verir ki, sərgidə nümayiş olunan əsərlər yaş, zaman və yaddaş haqqında formalaşmış təsəvvürlərə fərqli yanaşma ortaya qoyur. Əməkdar hüquqşünas, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimov nəvəsi, rəssam Kəmalə Cəfərovanın sərgisi ilə bağlı təəssüratlarını bölüşüb.
Sentyabrın 1-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyeva və Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuan ilə birlikdə Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub.
Bu gün səhər saatlarından Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda klassik avtomobillərin sərgisi başlayıb. Primeinfo.az xəbər verir ki,klassik avtomobillərin sərgisi və yürüşü bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da artıq ənənə halını alıb. Dənizkənarı Milli Parkda klassik avtomobillərin nümayişi ilə başlayan tədbirdə 1986-cı ilədək istehsal olunan 100-dən çox avtomobil sərgilənib.
Azərbaycan Milli Xalça Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Türk Dünyası Həftəsi” çərçivəsində “Bir mədəniyyət xəzinəsi: Divanü lüğat-it-türk” sərgisinin açılış mərasimi keçirilib. Prominfo.az xəbər verir ki, Alyona Əliyeva tədbirdə iştirak edib. Mərasimdə çıxış edən Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova bildirib ki, sərgi Azərbaycanın Mədəniyyət Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Milli Təhsil Nazirliyi, Yunus Əmrə İnstitutu, Olğunlaşma İnstitutları və Azərbaycan Milli Xalça Muzeyinin dəstəyi ilə ərsəyə gəlib.
2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Yasamal parkı ərazisində tarixi su təsərrüfatı obyektlərinə baxış sərgisi təşkil olunub. Primeinfo.az xəbər verir ki, Azərbaycan Respublikasında həyata keçirilən genişmiqyaslı quruculuq siyasəti, xüsusilə də ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında” Sərəncamı ilə şəhərsalma, memarlıq irsinin qorunması və müasir infrastrukturun formalaşdırılması istiqamətində yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət siyasətinin əsas prioritetlərindən biri də strateji əhəmiyyət daşıyan su təsərrüfatı sahəsində müasir yanaşmaların tətbiqi, tarixi irsin qorunması və memarlıq dəyərlərinin yaşadılmasıdır.
Mayın 17-də Azərbaycan Milli Xalça Muzeyində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) həsr olunmuş “Xalçalarda memarlıq” adlı sərgi açılacaq. Primeinfo.az xəbər verir ki, sərgidə muzey kolleksiyasına aid XIX-XXI əsrlərdə toxunmuş xalq yaradıcılığı nümunələri və müəllif xalçaları nümayiş olunacaq. Ekspozisiya Azərbaycan xalça sənətində memarlıq motivlərinin bədii ifadəsini və tarixi abidələrin ornamental yaddaşda yaşadılmasını əks etdirir.
Mehriban Əliyeva sərgilər ilə tanışlıqdan videogörüntü paylaşıb – VİDEO
Azərbaycan Milli Xalça Muzeyində .ART qlobal domeninin dəstəyi ilə multidisiplinar rəssam Mədinə Qasımovanın “Yaddaşa həkk olunan təsvir” adlı fərdi sərgisi açılıb. Primeinfo.az xəbər verir ki, tədbirdə Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər. Sərginin açılış mərasimində çıxış edən Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova qeyd edib ki, sərgidə rəssamın son beş ildə yaratdığı 28 əsər nümayiş olunur.