Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: sərgi

Leyla Əliyeva "Mənzərəyə açılan ev" sərgisində - FOTO

Leyla Əliyeva "Mənzərəyə açılan ev" sərgisində - FOTO

Martın 8-də “Gazelli Art House”da “Her Art in Action” festivalının 2026-cı il buraxılışının açılış mərasimi keçirilib. Primeinfo.az xəbər verir ki, festivalın ilk günündə VarYox incəsənət və mədəniyyət platforması və “Gazelli Art House” Bakı qalereyasının birgə əməkdaşlığı çərçivəsində “Mənzərəyə açılan ev” mövzusunda qrup sərgisinin nümayişinə başlanılıb. Sərgidə Leyla Əliyevanın da rəsm əsərləri yer alır.

Xalça Muzeyində Avropa milli geyimləri və ornamentləri sərgisi açılıb - FOTO

Xalça Muzeyində Avropa milli geyimləri və ornamentləri sərgisi açılıb - FOTO

Azərbaycan Milli Xalça Muzeyində “Bağçada güllər” – Avropa milli geyimləri və ornamentləri sərgisinin açılış mərasimi keçirilib. Primeinfo.az xəbər verir ki, sərgi altıncı “FantazEU” Mədəni İrs Festivalı çərçivəsində Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin, Azərbaycan Milli xalça Muzeyi, “Arts Council Azerbaijan” və Aİ-yə üzv dövlətlərin ölkəmizdəki səfirliklərinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç, “Arts Council Azərbaycan” təşkilatının rəhbəri Dadaş Məmmədov çıxış ediblər.

Xalça Muzeyində Juja Perelinin fərdi sərgisi açılacaq

Xalça Muzeyində Juja Perelinin fərdi sərgisi açılacaq

Fevralın 11-də Azərbaycan Milli Xalça Muzeyində tanınmış macar qobelen ustası Juja Perelinin “Həqiqət çərçivəsindən kənar” adlı fərdi sərgisi açılacaq. Primeinfo.az-a muzeydən verilən məlumata görə, sərgidə tekstil sənətinin aparıcı nümayəndələrindən sayılan Juja Perelinin dünyagörüşünü, yaradıcı potensialını və yüksək peşəkarlığını əks etdirən 29 əsəri nümayiş olunacaq. Müəllifin ipək, yun və pambıq materialların sintezindən ərsəyə gətirdiyi qobelenlərdə insan və təbiət münasibətləri, kainat, zaman, yaddaş, əbədiyyət və s.

“Vəhşi təbiətin super qəhrəmanları” Bakıda - FOTO

“Vəhşi təbiətin super qəhrəmanları” Bakıda - FOTO

Heydər Əliyev Mərkəzində təsirli ictimai sənət nümunələri yaradan məşhur sənətkarlar – britaniyalı və avstraliyalı heykəltaraşlar Cili və Mark Şatnerin (Gillie&Marc Schattner) “Vəhşi təbiətin super qəhrəmanları” (The Superheroes of Wildlife) adlı sərginin açılışı olub. Primeinfo.az xəbər verir ki, açılışda Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, incəsənət nümayəndələri və digər qonaqlar iştirak ediblər. Bakı layihəsi müəlliflərin bu günədək təqdim etdikləri ən böyük sərgidir.

Alena Əliyeva sərgidə - FOTO

Alena Əliyeva sərgidə - FOTO

Heydər Əliyev Mərkəzində amerikalı heykəltaraş-rəssam Kerol Förmenin “Suda yenidən doğulanlar” adlı sərgisinin açılış mərasimi keçirilib. Primeinfo.az xəbər verir ki, sərginin açılışında Alena Əliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, rəsmi qonaqlar, diplomatlar, tanınmış incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.

Arzu Əliyeva və Alena Əliyeva “Rənglərdə yaşanan 10 il” sərgisində - FOTO

Arzu Əliyeva və Alena Əliyeva “Rənglərdə yaşanan 10 il” sərgisində - FOTO

Dekabrın 28-də Zirə Mədəniyyət Mərkəzinin Eko-Park ərazisində yerləşən “Türk Dünyası” rəsm qalereyasında “Rənglərdə yaşanan 10 il” mövzusunda sərgi keçirilib. Mərkəzin 10 illik yubileyi ərəfəsində təşkil olunan sərgidə 6–30 yaşarası tələbə-rəssamların və müəllim heyətinin rəssamlığın rəngarəng texnikalarından istifadə edərək hazırladıqları əl işləri nümayiş etdirilib. Primeinfo.az xəbər verir ki, sərgidə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.

Xalça Muzeyində rəssam Emil Əzizin fərdi sərgisi açılacaq

Xalça Muzeyində rəssam Emil Əzizin fərdi sərgisi açılacaq

Dekabrın 19-da Azərbaycan Milli Xalça Muzeyində rəssam Emil Əzizin “Naxış və siluet” adlı fərdi sərgisi açılacaq. Primeinfo.az-a muzeydən verilən məlumata görə, sərgidə müəllifin mövzu müxtəlifliyi ilə seçilən 50 əsəri nümayiş olunacaq. Qarabağın zəngin mədəni irsini müasir vizual dildə təqdim edən sərginin əsas ideyası xalça ornamentlərinin minilliklər boyu qoruduğu yaddaşı XX-XXI əsrlərin estetik duyumu ilə birləşdirməkdir.