Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə Azərbaycanın bölgələrində qeydiyyatda olan şəxslərin sentyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sentyabrın 22-də Azərbaycan üzrə pensiyaların tam ödənilərək yekunlaşdırması nəzərdə tutulub. Primeinfo.az-a bu barədə DSMF-dən məlumat verilib. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
Bu ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) 1 milyon 100 min şəxsə 1 milyard 503 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü verib. Bu barədə Primeinfo.az-a DSMF-dən məlumat verilib. Bildirilib ki, 515 min nəfərə müavinət olaraq 844 milyon manat, 406 min nəfərə Prezident təqaüdü olaraq 542 milyon manat, 179 min nəfərə sosial sığorta hesabına müavinət olaraq 117 milyon manat ödəniş həyata keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə sentyabr ayının pensiyaları ödənilib.
Bu ilin yanvar-avqust aylarında 56 980 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödəniş edilib. Primeinfo.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə, müavinət ödənişləri 26 675 nəfər qız, 30 305 nəfər oğlan uşağına görə aparılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) respublika üzrə avqust ayının pensiya ödənişini yekunlaşdırıb. Bu barədə Primeinfo.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, Avqustun 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin avqust ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Bu ilin iyul ayında Azərbaycanda ailə başçısını itirməyə görə 185,5 min nəfərə pensiya və müavinət ödənilib. Primeinfo.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə, onların 136,3 min nəfəri pensiya, 49,2 min nəfəri isə müavinət alıb.
Bu ilin iyul ayında Azərbaycanda aylıq sosial müavinət və təqaüd alanların sayı 876,1 min nəfər olub. Primeinfo.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə, onların 471,1 min nəfərini aylıq sosial müavinət, 405 min nəfərini isə təqaüd alanlar təşkil edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Bu barədə Primeinfo.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
Bu ilin yanvar–iyul aylarında Azərbaycan əhalisinə pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə 6,12 milyard manatdan çox vəsait ödənilib. Primeinfo.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 568,8 milyon manat və yaxyd 10,3 % çoxdur.