Ünvanlı dövlət sosial yardımlarının bu ayın 24-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. Bu barədə Primeinfo.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, respublika üzrə pensiyalar iyunun 19-u ödənilib.
İyunun 12-də Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. Bu barədə Primeinfo.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edilib ki, müavinətlərin bu ayın 24-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-aprel aylarında 997 min şəxsə 752 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Primeinfo.az-a verilən məlumata görə, onlardan 501 min nəfərə dövlət büdcəsi hesabına müavinət olaraq 424 milyon manat, 407 min nəfərə Prezident təqaüdü olaraq 272 milyon manat, 89 min nəfərə isə sosial sığorta hesabına müavinət olaraq 56 milyon manat ödəniş edilib. Ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən dövlət büdcəsi hesabına müavinətlər üzrə 16 faiz, təqaüdlər üzrə isə 17 faiz çox olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprelin 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Bu barədə Primeinfo.az-a nazirlikdən məlumat verilib. Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramla əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mart ayının pensiyaları qrafikdən əvvəl ödənilib. Bu barədə Primeinfo.az-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib. Habelə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişi qrafikdən əvvəl həyata keçirilib.
Sosial şəbəkələrdə bəzi şəxslərə Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 1000 manat veriləcəyi barədə videoməlumat paylaşılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə yanvar ayının pensiyaları ödənilib. Bu barədə Primeinfo.az-a Nazirlikdən məlumat verilib. Habelə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişi həyata keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2025-ci ildə proqnozla müqayisədə 6 faiz və ya 471 mln. manat çox olmaqla 8 mlrd. 89 mln.
2025-ci ilin dekabr ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 150 min 781 nəfər olub. Primeinfo.az Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir ki, onların 113 min 891 nəfəri yaşa görə pensiya alıb. Xüsusi şərtlərlə pensiya alanlar arasında 14 min 139 nəfəri əlil və 22 min 751 nəfəri isə ailə başçısını itirənlər yer alıblar.
Prezident İlham Əliyevin Sərəncamına əsasən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ünvanlı sosial yardım alan ailələrin hər birinə 200 manat birdəfəlik maddi yardımın ödənişi təmin edilib. Primeinfo.az-a bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən birdəfəlik maddi yardımlar qeyd edilən ailələrin hesablarına köçürülüb.