Bakıda keçiriləcək “Formula-1 Azərbaycan Qran-Prisi 2026” ilə əlaqədar paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunacaq. Primeinfo.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Məhdudiyyətə uyğun olaraq müntəzəm və ekspres avtobusların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.
Formula 1 Azərbaycan Qran-Prisi zamanı şəhər sakinlərinin və sürücülərin rahatlığını təmin etmək üçün bir sıra əsas yollar müəyyən saatlarda nəqliyyatın hərəkəti üçün açıq olacaq.
Formula 1 və Beynəlxalq Avtomobil Federasiyası (FIA) Ümumdünya Avtoidman Şurasının təsdiqindən sonra 2027-ci il Formula 1 Dünya Çempionatının təqvimini açıqlayıb. Bakı Şəhər Halqasından Primeinfo.az-a verilən məlumata görə, Azərbaycan Qran-prisi 24–26 sentyabr tarixlərində baş tutacaq. 2027-ci il mövsümü martın 12–14-də keçiriləcək Bəhreyn Qran-prisi ilə başlayacaq.
2026-ci ildə Formula 1 Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumitəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq. B
Formula 1 üzrə Azərbaycan Qran-prisinin 10 illik yubileyinə təsadüf edən 2026-cı il yarış həftəsonu bu dəfə öncəki illərdən daha möhtəşəm və fərqli atmosfer vəd edir. Bakı Şəhər Halqasından Primeinfo.az-a verilən məlumata görə, yubiley proqramının əsas hadisələrindən biri dünyaşöhrətli ifaçı Kati Perrinin Bakıda səhnə alması olacaq. Qlobal musiqi səhnəsinin ən parlaq və nüfuzlu simalarından biri olan sənətçi sentyabrın 25-də keçiriləcək xüsusi gecədə minlərlə Formula 1 azarkeşinə unudulmaz şou təqdim edəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dolmabahçe sarayında keçirilən Formula 1 Türkiyə Qran-Prisinin tanıtım proqramında çıxış edib. Primeinfo.az-ın məlumatına görə, Ərdoğan deyib: “İstanbul Park 2027–2031-ci illər arasında tam 5 mövsüm ərzində diqqət çəkən, həyəcanlı və izləmə zövqü yüksək yarışlara ev sahibliyi edəcək”. Prezident Erdoğan əlavə edib: “Motor idmanları ölkəsi olan Türkiyənin Formula 1 ilə tərəfdaşlığının qarşıdakı illərdə daha da güclənərək davam etməsini arzu edirəm”.
“Formula 1” komandası növbəti mövsümdən yeni adla yarışacaq. “Report” xəbər verir ki bu barədə şirkətdən bildirilib. Kollektiv “Audi Revolut” adı altında çıxış edəcək.
2026-cı ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-Prisi üçün “Early Bird” – erkən bilet satışına start verilib. Primeinfo.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb. 24-26 sentyabr aralığında baş tutacaq yarış üçün biletləri www.azerbaijangp.com üzərindən əldə etmək mümkündür.
Xəbər verdiyimiz kimi, “Formula 1” yarışlarının Azərbaycanda 2030-cu ilə qədər keçirilməsi qərara alınıb. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, gələn ildən etibarən Qran Prinin keçiriləcəyi məkanda da dəyişiklik olunacaq. Belə ki, gələn il yarışın “Sea Breeze” ərazisində keçiriləcəyi iddia olunur.