Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Formula-1

Formula 1-dən sonra Bakının əsas mərkəzi yolları açılıb

Formula 1-dən sonra Bakının əsas mərkəzi yolları açılıb

  Son 9 ildə ilk dəfə olaraq, Formula 1 həftəsindən sonra cəmi 12 saat ərzində yol məhdudiyyətlərinin böyük hissəsi aradan qaldırılıb. Bu barədə Primeinfo.az-a Bakı Şəhər Halqasından məlumat verilib. Belə ki, Formula 1 Azərbaycan Qran-Prisi başa çatdıqdan sonra şəhərdə halqa infrastrukturu və “Azneft dairəsi”ndəki tribunalarda tam söküntü işləri aparılaraq, mərkəzi küçələr nəqliyyatın istifadəsinə qaytarılıb.

"Formula 1": İkinci günə start veriləcək

"Formula 1": İkinci günə start veriləcək

  Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisində ikinci günə bu gün start veriləcək. Primeinfo.az-ın məlumatına görə, ilk olaraq pilotlar üçüncü sərbəst yürüşdə iştirak edəcəklər. Daha sonra “Formula 2″də sprint yarışı, ardınca “Formula 1″də sıralama turu baş tutacaq.

DİN "Formula 1" ilə bağlı əhaliyə müraciət etdi - VİDEO

DİN "Formula 1" ilə bağlı əhaliyə müraciət etdi - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) “Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar vətəndaşlara müraciət edib. DİN-dən Primeinfo.az-a verilən məlumata görə, müraciətdə deyilir: ““Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar olaraq məhdudiyyətin tətbiq olunduğu müddət ərzində paytaxt ərazisində sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmalarını, nəqliyyatın hərəkətinin fasiləsizliyini, eləcə də yarışın keçirildiyi ərazidə, “fan” zonalarda təhlükəsizliyi təmin etmək məqsədi ilə polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər. Sürücülərdən və paytaxt sakinlərindən qeyd edilən müddət ərzində ictimai nəqliyyata üstünlük vermələrini, polis əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələrini, səyahətlərini məhdudiyyət tətbiq edilmiş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmalarını tövsiyə edirik”.

“Formula 1”: ilk sərbəst yürüş başa çatdı

“Formula 1”: ilk sərbəst yürüş başa çatdı

Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş başa çatıb. Primeinfo.az xəbər verir ki, “Maklaren” pilotu Lando Norris ən yaxşı nəticə göstərib. Onun komanda yoldaşı Oskar Piastri ikinci, “Ferrari”dən Şarl Lekler üçüncü olub.

"Formula 1": Bakıda doqquzuncu yarış başladı

"Formula 1": Bakıda doqquzuncu yarış başladı

  Bu gün Bakının doqquzuncu dəfə ev sahibliyi etdiyi “Formula 1” Azərbaycan Qran-prisinə start verildi. Primeinfo.az-ın məlumatına görə, ilk gün iki sərbəst yürüş keçiriləcək. Sınaq yürüşü ilə yanaşı, sıralama turu da gerçəkləşəcək.

Şəhərə giriş bağlanacaq - yol polisindən XƏBƏRDARLIQ

Şəhərə giriş bağlanacaq - yol polisindən XƏBƏRDARLIQ

“2025 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. Sentyabrın 19-da mərkəzi yolların bəzilərinin bağlanması ilə əlaqədar sürücülərə alternativ yollar tövsiyə edilib.

Metronun iş saatı 2 saat uzadılır

Metronun iş saatı 2 saat uzadılır

Bakı metrosu “Formula 1” günlərində sərnişinlərə saat 02:00-a qədər xidmət göstərəcək. Primeinfo.az bu barədə “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir. Bildirilir ki, sentyabrın 19-dan 20-nə və 20-dən 21-nə keçən gecələrdə metro stansiyaları saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Azərbaycanda bəzi qurumlar onlayn işləyəcək

Azərbaycanda bəzi qurumlar onlayn işləyəcək

Hökumət Evində yerləşən dövlət qurumlarının əməkdaşları 5 gün müddətində onlayn rejimdə fəaliyyət göstərəcəklər. Primeinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Hökumət Evində yerləşən qurumlardan təsdiqləyiblər. Bildirilib ki, buna səbəb “Formula-1” yarışları ilə əlaqədar ərazidə hərəkətin məhdudlaşdırılmasıdır.