Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını bu gün keçirəcəklər. Primeinfo.az xəbər verir ki, kişilərdən ibarət komanda Çexiya ilə üz-üzə gələcək. Qadınlar İngiltərədən olan rəqibləri ilə münasibətlərə aydınlıq gətirəcəklər.
Azərbaycan milli komandasının növbəti oyunlar üçün heyəti açıqlanıb. Primeinfo.az xəbər verir ki, AFFA-nın yaydığı siyahıda 30 futbolçu yer alıb. Heyətdə 3 qapıçı, 10 müdafiəçi, 13 yarımmüdafiəçi və 4 hücumçu var.
Azərbaycan milli komandasının yeni rəsmi formaları satışa çıxarılıb. Primeinfo.az xəbər verir ki, formaların təqdimatını yığmamızın üzvü, “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev, “Neftçi”nin qapıçısı Rza Cəfərov və qadınlardan ibarət komandanın oyunçusu Manə Mollayeva edib. Oyunçular azarkeşlərlə görüşüb, onlara avtoqraf verib, xatirə şəkilləri çəkdirib və tədbir barədə fikirlərini bölüşüblər.
Azərbaycan millisi FIFA reytinqində dörd pillə geriləyib. Primeinfo.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 1132.97 xalla 127-ci pillədə qərarlaşıb. Komanda əvvəlki siyahıda 1142.25 xalla 123-cü idi.
Fransa ilə oyuna hazırıq. Primeinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Elvin Bədəlov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda Fransa yığmasına qarşı oyundan öncə təşkil olunan mətbuat konfransında deyib. O, seçmə mərhələnin son matçını uğurla başa vurmaq istədiklərini bildirib: “Çətin oyun olacaq.
DÇ-2026-nın seçmə mərhələsində D qrupunun son matçı Azərbaycan-Fransa oyununa maraq böyükdür. Primeinfo.az xəbər verir ki, oyun üçün satışa çıxarılan bütün biletlər alınıb. Tamaşaçı tutumu 31 200 nəfər olan Tofiq Bəhramov adına Respublika stadionu tam dolu olacaq.
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi noyabrın 17-24-də İspaniyanın Linares şəhərində keçiriləcək komandalararası dünya çempionatında iştirak edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Şahmat Federasiyası qəbul edib. Əlcəzair komandası yarışda iştirak edə bilmədiyinə görə yüksək reytinqə malik Azərbaycan seçməsi mötəbər yarışa dəvət olunub.
Futbol üzrə milli komandasının heyətində dəyişiklik edilib. Primeinfo.az xəbər verir ki, millimizin üzvü Toral Bayramov zədələndiyi üçün heyətdən çıxarılıb. Qeyd edək ki, komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə qarşılaşacaq.
Bu gün VI İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan millisi A qrupunda son oyununu keçirəcək. Primeinfo.az Qol.az-a istinadən xəbər verir ki, komandamız Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq. Baş məşqçi Yevgeni Kukseviçin rəhbərlik etdiyi komanda bu gün Bakı vaxtı ilə saat 20:00-da son oyununa çıxacaq.
Azərbaycanın tamblinq üzrə yığma komandası İspaniyanın Pamplona şəhərində keçirilən dünya çempionatının qalibi olub. Bu barədə Primeinfo.az -a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib. Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanovdan ibarət milli batut gimnastikası və tamblinq üzrə dünya çempionatında öz titullarını qorumağı bacarıb.