Xəbər axtarın

Son axtarış nəticələri:

Bakı Dəmiryol Vağzalında fləşmob - VİDEO

18.09.2026 16:10

Bakı Dəmiryol Vağzalında fləşmob - VİDEO

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin üzvləri 18 Sentyabr – Milli Musiqi Günü ilə əlaqədar Bakı Dəmiryol Vağzalında fləşmob keçiriblər.

Primeinfo.az xəbər verir ki, görmə məhdudiyyətli gənclər dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasından musiqi parçası təqdim ediblər.

İfaçılar – Prezident mükafatçısı Səməd Novruzov və Xaliq Şərifovu kamançada Prezident mükafatçısı Fatimə İsrafilova, tarda Fərid Abdullayev, nağarada Xətai Azayev müşayiət edib.

İnklüzivliyi və milli musiqimizin zənginliyini tərənnüm edən bu təşəbbüs sərnişinlərin marağına səbəb olub.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi (@dost.inkluziv)

Paylaş: