Xəbər axtarın

Son axtarış nəticələri:

203 nömrəli marşrutun avtobusları yenilənir

05.11.2026 14:50

203 nömrəli marşrutun avtobusları yenilənir

Biləcəri qəsəbəsini metronun “Azadlıq prospekti” stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir.

Primeinfo.az-a bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası ilə təchiz edilən müasir və komfortlu avtobus daşımalara cəlb ediləcək.

Avtobuslar 10-12 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək.

Marşrutda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.

 

Paylaş: