
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin “Rusiyanı Türk Dövlətləri Təşkilatına daxil edək” təklifinə Ankara rəsmi və qəti “yox” cavabını verib.
Primeinfo.az xəbər verir ki, AKP-nin sədr müavini Kürşat Zorlu Ankaranın bu təklifə veto qoyduğunu bəyan edib.
O bildirib ki, təşkilata daxil olmaq üçün əsas hüquqi və mədəni meyarlar mövcuddur:
“Hər hansı dövlətin Türk Dövlətləri Təşkilatına üzvlüyü və ya müşahidəçi statusunda qatılması üçün rəsmi dili türk dillərindən biri olmalıdır. Rusiya Federasiyası bu tələbə cavab vermir”.
G.Zorlu 1993-cü ildə təsis edilən TÜRKSOY-a Rusiyanın Altay, Tuva, Çuvaş, Başqırdıstan, Yakutiya və Tatarıstan kimi muxtar respublikalarının da qoşulduğunu xatırladıb. Lakin Rusiya rəhbərliyi 2015-ci ildə qəbul etdiyi qərarla bu federal subyektlərin TÜRKSOY-dakı fəaliyyətlərini birtərəfli qaydada dondurub.
Ankaranın bu mövqeyi TDT-nin fundamental prinsiplərinin qorunması kimi qiymətləndirilir.