Gələn il hamiləliyə və doğuma görə adambaşına müavinət xərci 3946,16 manat olacaq. Primeinfo.az xəbər verir ki, bu, 2027-ci il Büdcə Zərfində əksini tapıb. Əvvəlki illər üzrə formalaşmış tendensiyaya əsasən məcburi dövlət sosial sığorta haqları üzrə müavinətlərin tərkibində ən yüksək həcmə və xüsusi çəkiyə malik olmuş hamiləliyə və doğuma görə müavinətlər növbəti büdcə ilində 77,34 mln.
2027-ci ildə uşağın doğulmasına görə birdəfəlik müavinətin 1500 manata çatacağı proqnozlaşdırılır. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun büdcəsi müzakirə olunarkən məlumat verilib. 2026-cı ildə bu müavinətin məbləği 600 manat olub.
Bu ilin yanvar-avqust aylarında 56 980 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödəniş edilib. Primeinfo.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə, müavinət ödənişləri 26 675 nəfər qız, 30 305 nəfər oğlan uşağına görə aparılıb.
Bu ilin iyul ayında Azərbaycanda ailə başçısını itirməyə görə 185,5 min nəfərə pensiya və müavinət ödənilib. Primeinfo.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə, onların 136,3 min nəfəri pensiya, 49,2 min nəfəri isə müavinət alıb.
Bu ilin iyul ayında Azərbaycanda aylıq sosial müavinət və təqaüd alanların sayı 876,1 min nəfər olub. Primeinfo.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə, onların 471,1 min nəfərini aylıq sosial müavinət, 405 min nəfərini isə təqaüd alanlar təşkil edib.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. Bu barədə Primeinfo.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının bu ayın 21-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.
“Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanuna təklif olunan dəyişikliklər Milli Məclisin bugünkü plenar iclasında üçüncü oxunuşda qəbul olundu. Sənədə əsasən, azad olunmuş ərazilərə köçürülən, dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilən və ya təklif olunan mənzildən imtina edən şəxslərin məcburi köçkün statusu ləğv edilir”. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov bildirib.
Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə diplomatik xidmət orqanı əməkdaşının xidmətinə xitam veriləcək. Primeinfo.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Diplomatik xidmət haqqında” qanuna əlavə edilən yeni – 30.1.14-cü maddədə əksini tapıb. Bu halda diplomatik xidmət əməkdaşının vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət ödəniləcək.
Bu ilin may ayında ailə başçısını itirməyə görə 195 155 nəfər şəxsə pensiya və müavinət ödənilib. Primeinfo.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə, onların 138 914 nəfəri pensiya, 56 241 nəfəri isə müavinət alıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-aprel aylarında 997 min şəxsə 752 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Primeinfo.az-a verilən məlumata görə, onlardan 501 min nəfərə dövlət büdcəsi hesabına müavinət olaraq 424 milyon manat, 407 min nəfərə Prezident təqaüdü olaraq 272 milyon manat, 89 min nəfərə isə sosial sığorta hesabına müavinət olaraq 56 milyon manat ödəniş edilib. Ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən dövlət büdcəsi hesabına müavinətlər üzrə 16 faiz, təqaüdlər üzrə isə 17 faiz çox olub.