Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: müavinət

Bu şəxslərə müavinət ödəniləcək

Bu şəxslərə müavinət ödəniləcək

Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə diplomatik xidmət orqanı əməkdaşının xidmətinə xitam veriləcək. Primeinfo.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Diplomatik xidmət haqqında” qanuna təklif edilən yeni – 30.1.14-cü maddədə əksini tapıb. Bu halda diplomatik xidmət əməkdaşının vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət ödəniləcək.

Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni MÜAVİNƏT VƏ İMTİYAZLAR

Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni MÜAVİNƏT VƏ İMTİYAZLAR

Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət və imtiyaz müəyyənləşir. Primeinfo.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış “Diplomatik xidmət haqqında” qanuna təklif edilən yeni – 13.14-1-ci və 13.14-2-ci maddələrdə əksini tapıb. Layihəyə əsasən, müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılması ilə əlaqədar xidmətinə xitam verilmiş diplomatik xidmət əməkdaşına orta aylıq dövlət məvacibinin 3 misli miqdarında müavinət ödəniləcək.

ŞAD XƏBƏR: Bayramlara görə pensiya, müavinət və təqaüdlər tez ödəniləcək

ŞAD XƏBƏR: Bayramlara görə pensiya, müavinət və təqaüdlər tez ödəniləcək

Qarşıdan gələn bayramlarla əlaqədar martda pensiya, müavinət və təqaüdlər qrafikdən əvvəl ödəniləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, martın 6-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyalarının ödənilməsi nəzərdə tutulub.

Dörd müavinəti heç bir quruma müraciət etmədən almaq olar

Dörd müavinəti heç bir quruma müraciət etmədən almaq olar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni qərarına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 4 müavinət növü proaktiv qaydada təyin ediləcək. Bu barədə Primeinfo.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib. Həmin müavinatlar aşağıdakılardır: Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün); hamiləliyə və doğuma görə müavinət; 3 yaşınadək uşağa qulluğa görə müavinət; dəfn üçün birdəfəlik müavinət; proaktiv qaydada təyin ediləcək.

Bayrama görə bu ailələrə 200 manat verildi

Bayrama görə bu ailələrə 200 manat verildi

Prezident İlham Əliyevin Sərəncamına əsasən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ünvanlı sosial yardım alan ailələrin hər birinə 200 manat birdəfəlik maddi yardımın ödənişi təmin edilib. Primeinfo.az-a bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən birdəfəlik maddi yardımlar qeyd edilən ailələrin hesablarına köçürülüb.

200 manatlıq yardım 76 min ailəyə veriləcək

200 manatlıq yardım 76 min ailəyə veriləcək

Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” 22 dekabr 2025-ci il tarixli Sərəncamı 76 min aztəminatlı ailəni əhatə edəcək, onlara birdəfəlik maddi yardım ödəniləcək. Bu barədə Primeinfo.az-a DSMF-dən məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” 22 dekabr 2025-ci il tarixli Sərəncamı aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət və qayğının növbəti təzahürüdür.

8 min manatlıq müavinət kimlərə veriləcək? - Millət vəkili

8 min manatlıq müavinət kimlərə veriləcək? - Millət vəkili

“Azərbaycanda yeni müavinətin verilməsinə başlanılacaq”. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, millət vəkili Vüqar Bayramov “Facebook” sosial şəbəkəsində bildirib. O qeyd edib ki, “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən, bir sıra hallarda vətəndaşlara yeni, birdəfəlik müavinətin verilməsi nəzərdə tutulur: “Qanuna əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verilə bilər.

Gələn il bu müavinətlərdə də artım olacaq

Gələn il bu müavinətlərdə də artım olacaq

2026-cı ildə Azərbaycanda hamiləlik və doğuma görə verilən müavinətlərin ümumi məbləği 71 milyon manat olacaq. Primeinfo.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir. Sənədə əsasən, bu göstərici 2025-ci illə müqayisədə 9,2 % çoxdur.

Gələn il dəfn müavinətləri üçün 37,6 milyon manat ayrılacaq

Gələn il dəfn müavinətləri üçün 37,6 milyon manat ayrılacaq

2026-cı ildə Azərbaycanda dəfn müavinətlərinə ayrılan xərclər 37,6 milyon manat təşkil edəcək. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il büdcəsi ilə bağlı qanun layihəsinə verdiyi Rəydə bildirilib. Qeyd olunub ki, müavinət alanların sayının 40 min nəfərə yaxın, orta məbləğinin isə 944 manat olacağı gözlənilir.

Doğuş və dəfn üçün ayrılan vəsait ARTIRILIR

Doğuş və dəfn üçün ayrılan vəsait ARTIRILIR

“Əvvəlki illərdə olduğu kimi, cari və növbəti illərdə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqı məbləğinə nisbəti müvafiq olaraq 49 % və 50,4% olmaqla Beynəlxalq Əmək təşkilatının sosial təminatının minimum normaları haqqında Konvensiyasına cavab verəcək”. Primeinfo.az xəbər verir ki, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsində Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. O bildirib ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuşa görə, 3 yaşına çatanadək uşaqlara qulluğa görə, dəfn müavinətləri üçün olan xərclər büdcədə artırılır: “Gələn il şəhid ailələri, qazilər, pensiya və müavinət alan bütün vətəndaşlarımızın sosial rifah halının yaxşılaşması üçün etibarlı təminat yaradılacaq”.