Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: təltif

Prezident futbolçu İsgəndər Cavadovu fəxri diplomla təltif edib

Prezident futbolçu İsgəndər Cavadovu fəxri diplomla təltif edib

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. Primeinfo.az xəbər verir ki , sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə İsgəndər Cavad oğlu Cavadov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Qeyd edək ki, İsgəndərov Cavadovun sentyabrın 20-də 70 yaşı tamam olur.

Zelenski Hikmət Cavadı ordenlə təltif etdi

Zelenski Hikmət Cavadı ordenlə təltif etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadı təltif edib. Primeinfo.az xəbər verir ki, prezidentin imzaladığı 532/2026 nömrəli Fərmana əsasən, Hikmət Cavad Ukrayna dövlətçiliyinin möhkəmləndirilməsindəki əhəmiyyətli xidmətlərinə, Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında nümayiş etdirdiyi cəsarət və fədakarlığa, ictimai həyatın müxtəlif sahələrinin inkişafına verdiyi mühüm şəxsi töhfələrə, eləcə də peşə borcunu vicdanla yerinə yetirdiyi üçün “Xidmətlərinə  görə III dərəcəli” ordenlə təltif olunub. Qeyd edək ki, hüquq elmləri doktoru olan Hikmət Cavad uzun illərdir Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edir.

Bir kənddən 7 şəhid - Prezident hamısını təltif etdi - FOTO

Bir kənddən 7 şəhid - Prezident hamısını təltif etdi - FOTO

Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Müdafiə Nazirliyinin hərbi qulluqçuları və mülki işçilərini təltif edib. Primeinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan şəhidlər arasında Biləsuvarın Çaylı kəndinin şəhidləri də yer alıb. Sözügedən kənd 44 günlük Vətən Müharibəsində 7 şəhid verib.