Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: təltif

Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM

Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM

Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif edilib. Primeinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Rasim Nəsrəddin oğlu Musabəyov “Şərəf” ordeni ilə təltif edilsin.

Prezident Everesti fəth edən Vəfanı da TƏLTİF EDİB

Prezident Everesti fəth edən Vəfanı da TƏLTİF EDİB

Bu gün Prezident İlham Əliyev Azərbaycanın bir qrup idmançısı və idman mütəxəssisini təltif edib. Primeinfo.az-ın məlumatına görə, Azərbaycanda idmanın inkişafında xidmətlərilə əlaqədar “Tərəqqi” medalı ilə təltif edilənlər arasında Vəfa Musayeva da yer alıb. Qeyd edək ki, Vəfa Musayeva bir neçə ay əvvəl dünyanın ən yüksək nöqtəsi hesab edilən Everest zirvəsini fəth edib.

Prezident Milli Qəhrəmanın oğlunu təltif etdi - FOTO

Prezident Milli Qəhrəmanın oğlunu təltif etdi - FOTO

Prezident İlham Əliyev Azərbaycanın bir qrup idmançı və idman mütəxəssisini təltif edib. Primeinfo.az xəbər verir ki, təltif olunanlar arasında Milli Qəhrəman Fred Asifin (Asif Məhərrəmov) oğlu Azər Məhərrəmov da var. Qol güləşi idman üzrə dünya çempionu olan A.Məhərrəmov “Tərəqqi” medalı ilə təltif edilib.

Tokayev iki azərbaycanlını təltif edib

Tokayev iki azərbaycanlını təltif edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev azərbaycanlı ictimai fəal Tağı Tağıyev və “Manqistau vilayəti Azərbaycanlıları Assosiasiyası” İctimai Birliyinin üzvü, diaspor fəalı Elmir Şahsuvarovu təltif edilib. Primeinfo.az xəbər verir ki, T.Tağıyev Qazaxıstanda gördüyü xeyirxah işlərinə görə “İlin adamı” adına layiq görülüb. Elmir Şahsuvarov isə Qazaxıstanda məsənnətçiliyin və xeyriyyəçilik fəaliyyətinin inkişafına verdiyi töhfəyə görə Qazaxıstan Xalqları Assambleyasının “Jomart Jan” fərqlənmə nişanı ilə təltif edilib.