Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib - SİYAHI
Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib – SİYAHI
Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib – SİYAHI
Misir-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin dördüncü kursunda Azərbaycan dilini öyrənən və yüksək nəticələr göstərmiş tələbələrin mükafatlandırılması münasibətilə tədbir təşkil olunub. Primeinfo.az xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri, tədqiqatçı-alim Seymur Nəsirov Misir və Azərbaycan xalqları arasında əlaqələrin tarixən yüksək səviyyədə olduğunu, bu münasibətlərin bu gün də uğurla davam edərək gündən-günə inkişaf etdiyini vurğulayıb. O, həmçinin Prezident İlham Əliyevin Azərbaycan dilinin dünyada yayılmasına böyük önəm verdiyini qeyd edib.
Prezident MİDA-nın bir qrup əməkdaşını təltif edib
Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı alim, geologiya-mineralogiya elmləri doktoru Vaqif Kərimovu təltif edib. Primeinfo.az xəbər verir ki, Putinin imzaladığı fərmanla Vaqif Yunus oğlu Kərimov Rusiya Federasiyasının “Əməkdar Elm Xadimi” fəxri adına layıq görülüb. Qeyd edək ki, V.
Misir Ərəb Respublikasında Şəriflər İttifaqının sədri əs-Seyyid Mahmud əl-Şərif Misir-Azərbaycan Dostluq Cəmiyyətinin və bu ölkədə fəaliyyət göstərən Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovu elm və biliyə xidmət sahəsində səmərəli fəaliyyəti, tolerantlıq dəyərlərinin təşviqi və xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi mühüm töhfələrə görə “Peyğəmbərin Möhürü” ordeni ilə təltif edib. Primeinfo.az xəbər verir ki, Seymur Nəsirov 25 ildən artıqdır ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqatlar aparır. O, 250-dən çox əslən azərbaycanlı alim haqqında məlumatların yer aldığı iki kitabın müəllifidir.
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bir qrup əməkdaşı təltif edilib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, aşağıdakı şəxslər Azərbaycanda şəhərsalma və memarlıq sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aşağıdakı əməkdaşları təltif ediliblər: “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə Hümmətov Namiq Məhəmməd oğlu İsbatov İlqar Aydın oğlu 3-cü dərəcəli “Əmək” ordeni ilə Qarayev Abdı Nazim oğlu Nuriyev Eldar Srac oğlu “Tərəqqi” medalı ilə Aslanov Nadir Bahadır oğlu Babayev Zahid Sabir oğlu Kazımlı Elçin Çingiz oğlu Qasımov Read Azər oğlu Məmmədrzayev Cahangir Cavanşir oğlu Rzayev Rövşən Ağarza oğlu Umudov Elçin Azər oğlu Yusifov Nizami Rasim oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə Əliyeva Gülbəniz Baba qızı Əzizov Elşən Ələsgər oğlu Mehtiyev Natiq Rəşid oğlu.
Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Primeinfo.az xəbər verir ki, Sərəncama əsasən, vergi sisteminin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı işçiləri təltif ediliblər: “Tərəqqi” medalı ilə Əliyev Nazim Kazım oğlu 1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə Abbasov Etibar Akif oğlu Bədəlova Zöhrə Əliriza qızı Gözəlov Zülfi Məmməd oğlu Həziyeva Gülçöhrə Hacıqulu qızı Hüseynov Alı Hüseynqulu oğlu İsgəndərov Nəsib Əli oğlu Məmmədov Şahin Yusif oğlu Rzayev Zamin Vahid oğlu Səfərova Rəsmiyyə Suca qızı 3-cü dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə Qasımlı Nuranə Nurəddin qızı Qənbərov Zahid Paşa oğlu.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında” Sərəncam imzalayıb. Primeinfo.az xəbər verir ki, Sərəncama əsasən, xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları və mülki işçiləri təltif ediliblər: “Vətən uğrunda” medalı ilə Qarayev Natiq Sahib oğlu – general-mayor Cəfərov Elməddin Qulu oğlu – polkovnik Quliyev İslam Ramiz oğlu – polkovnik “Hərbi xidmətlərə görə” medalı ilə Hidayev Əziz Şahmurad oğlu – polkovnik Abbasov Hikmət Zahid oğlu – mayor Əliyeva Samirə Təşkilat qızı – mayor “Tərəqqi” medalı ilə Sədrətdinov Pərviz Həsən oğlu.
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən bəzi şəxslərə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilib. Primeinfo.az təltif edilən gənclərdən bəziləri haqda məlumatları təqdim edir: Prezident mükafatına layiq görülən gənclərdən biri “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova-Hacıyevadır.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi bir qrup tibb işçisini “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edib. Bununla bağlı müvafiq əmr imzalanıb. Primeinfo.az xəbər verir ki, əmrə əsasən, səhiyyə sahəsində yüksək peşəkarlıq göstərmiş, uzunmüddətli və səmərəli fəaliyyəti ilə fərqlənən 7 tibb işçisi mükafata layiq görülüblər.