Sentyabrın 19-da Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan iki nəfərin meyitləri tapılıb.Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadənin və Elmin Elman oğlu Əmrəliyevin meyitləri FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bilgəhdə dənizdə batan şəxslərin kimliyi məlum olub. Primeinfo.az-ın xəbərinə görə, Bilgəh qəsəbəsinin dəniz çimərliyində Qusar rayon sakini 2008-ci il təvəllüdlü Elmin Elmar oğlu Əmirəliyev və Bərdə rayon sakini 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadə suda boğulub. Onların meyitlərinin sudan çıxarılması istiqamətində tədbirlər davam etdirilir.
Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Daçnik” adlanan və ən yaxın sularda xilasetmə məntəqəsindən 2 kilometr aralı dənizdə nəzarətsiz ərazidə bir nəfər batıb. Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Bilgəhdə 4 gün əvvəl dənizdə batan şəxsin meyiti tapılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir. İyunun 21-də Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan – 2005-ci il təvəllüdlü Adnayev Vüqar Şahin oğlunun meyiti batdığı yerdən təxminən 8 km məsafədə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.