Xəbər axtarın

Son axtarış nəticələri:

4 gün əvvəl dənizdə batan şəxsin meyiti sudan çıxarılıb

25.06.2026 11:12

 

4 gün əvvəl dənizdə batan şəxsin meyiti sudan çıxarılıb

Bilgəhdə 4 gün əvvəl dənizdə batan şəxsin meyiti tapılıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir.

İyunun 21-də Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan – 2005-ci il təvəllüdlü Adnayev Vüqar Şahin oğlunun meyiti batdığı yerdən təxminən 8 km məsafədə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Paylaş: