Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda 4 NƏFƏR dənizdə batdı: İkisinin meyiti tapıldı

22.06.2026 15:50

Bakıda 4 NƏFƏR dənizdə batdı: İkisinin meyiti tapıldı

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə batan 4 nəfərdən ikisinin meyiti tapılıb.

Primeinfo.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində 1991-ci il təvəllüdlü Namiq İsabala oğlu Əzimovun və 2005-ci il təvəllüdlü Elnur İsa oğlu Əbdülovun meyitləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Digər vətəndaşlar – 2003-cü il təvəllüdlü Pərviz Zöhrab oğlu Məcidovun və 2007-ci il təvəllüdlü Elmar İsa oğlu Əbdülovun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Paylaş: