Xəbər axtarın

Son axtarış nəticələri:

Dənizdə batan 4 nəfərdən sonuncunun da meyiti tapıldı - FHN

25.06.2026 10:46

Dənizdə batan 4 nəfərdən sonuncunun da meyiti tapıldı - FHN

Xəzər dənizinin Mərdəkan qəsəbəsi ərazisindəki nəzarətsiz sularda batan 4 nəfərdən sonuncusun da meyiti tapılıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun meyiti tapılaraq yaxınlarına təhvil verilib.

Xatırladaq ki, hadisə iyunun 22-də baş verib. Lerik rayonunun Orand kənd sakinləri 2005-ci il təvəllüdlü Elnur Əbdülov, 2007-ci il təvəllüdlü Elmar Əbdülov, 2003-cü il təvəllüdlü Pərviz Məcidov və 1991-ci il təvəllüdlü Namiq Əzimov boğulublar.

Paylaş: