Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan ilə Almaniya enerji əməkdaşlığının genişləndirilməsini dəyərləndirib

22.09.2026 18:13

Azərbaycan ilə Almaniya enerji əməkdaşlığının genişləndirilməsini dəyərləndirib

Energetika naziri Pərviz Şahbazovla Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölke arasında görüş keçirilib.

Energetika Nazirliyindən Primeinfo.az-a bildirilib ki, görüşdə Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin və Berlində imzalanmış “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin münasibətlərin inkişafı baxımından əhəmiyyəti vurğulanıb. Səfər zamanı əldə olunmuş razılaşmaların enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaratdığı qeyd edilib.

Görüşdə Azərbaycan qazının Almaniyaya tədarükü, ölkəmizin bərpaolunan enerji potensialı, elektrik şəbəkəsinin gücləndirilməsi və “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” vasitəsilə yaşıl enerjinin Avropaya ixracı perspektivləri müzakirə olunub. Enerji təhlükəsizliyi, enerji keçidi, neft-qaz, bərpaolunan enerji və enerji səmərəliliyi də daxil olmaqla bütün əsas istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinə qarşılıqlı maraq ifadə edilib.

Paylaş: