Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiyada ticarət kompleksində YANĞIN - 4 nəfər ölüb

22.09.2026 15:56

Rusiyada ticarət kompleksində YANĞIN - 4 nəfər ölüb

Rusiyanın Başqırdıstan Respublikasının Sterlitamak şəhərində yerləşən “Solneçnıy” ticarət-servis kompleksində baş verən yanğın nəticəsində azı 4 nəfər ölüb.

Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, yanğın dördmərtəbəli binanın ikinci mərtəbəsində başlayıb. Hadisə zamanı 17 nəfər binadan təxliyə edilib.

FHN-in ilkin məlumatına əsasən, 4 nəfər xəsarət alıb.

Paylaş: