Daxil olan müraciət əsasında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ştq, Q.Quliyev küçəsində fəaliyyət göstərən, fiziki şəxs Cavanşir Tair oğlu Quliyevə məxsus unlu qənnadı məmulatlarının emalı və satışı obyektində yoxlama keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, baxış zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu məlum olub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin olunması, mövcud və potensial risklərin vaxtında müəyyənləşdirilməsi məqsədilə tədbirlər həyata keçirilir. Bununla yanaşı, idxal olunan qida məhsulları ilə bağlı yarana biləcək risklərin qiymətləndirilməsi üçün dünyada baş verən hadisələr gündəlik əsasda sistemli şəkildə təhlil edilir. Primeinfo.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Xırdalan şəhərində qanunsuz fəaliyyət göstərən quş kəsimi sexində toyuq məhsullarından götürülmüş nümunələrin nəticələri məlum olub. Bu barədə Primeinfo.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, laborator sınaq zamanı “kənd toyuğu” təəssüratı yaratmaq məqsədilə toyuqların Tartrazin (E102) qida əlavəsindən istifadə edilərək sarı rəngə boyadıldığı aşkarlanıb.
Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən, fiziki şəxs Hacıyev Vüqar Füzuli oğluna məxsus quş kəsimi sexində yoxlama keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, AQTA-nın əməkdaşları tərəfindən baxış zamanı müəssisənin sanitar-gigiyenik tələblərə əməl edilmədən qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Yeni il hədiyyə qutularının satışının artması ilə əlaqədar istehlakçılara müraciət edib. AQTA-dan Primeinfo.az-a daxil olan müraciətdə bildirilir ki, uşaqlar üçün şirniyyatla dolu hədiyyə qutuları yalnız mağaza, yarmarka və digər rəsmi satış yerlərindən alınmalıdır. Qeyd olunub ki, bəzi hallarda qutunun üzərində göstərilən tarix içərisindəki məhsulların deyil, qablaşdırmanın tarixi olur.
Çindən Azərbaycana gətirilmiş şüşə fincanlarda ağır metallar aşkarlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı birgə məlumatda qeyd olunub. Bildirilib ki, tərkibində kadmium və qurğuşun olan məhsulların 6 ədədi “Sevinc Mall” Ticarət Mərkəzində yerləşən “Sinsay” mağazasına göndərilib: “Sözügedən fincanlar Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinə təqdim edilməyib və bu səbəbdən müvafiq laborator müayinələrdən keçirilməyib.
Bərdə rayonunun Alpoud kəndində yerləşən heyvan satışı bazarı biotəhlükəsizlik tələbləri təmin edilməklə yenidən qurulub. Primeinfo.az AQTA-ya istinadən xəbər verir ki, hazırda bazarda son tamamlama işləri görülməkdədir. Yaxın günlərdə Bərdə heyvan bazarının fəaliyyətinə icazə veriləcək.
Yasamal rayonunda yerləşən ərzaq anbarlarının birində fəaliyyət göstərən ət kəsimi məntəqəsində mənşəyi məlum olmayan və qidaya yararsız at əti məhsullarının satıldığı aşkarlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) və Qida Təhlükəsizliyi Agentliyi (AQTA) birgə məlumat yayıb. Bildirilib ki, qanunsuz fəaliyyətlə məşğul olan iki nəfər – Kamal Əkbərov və Mehman Cəfərov saxlanılıblar.
Ölkəmizə idxal olunan “Nitro Max” energetik içkilərində qanunvericiliklə qida məhsullarında istifadəsinə icazə verilməyən təhlükəli maddə aşkarlanıb. Bu barədə Primeinfo.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən “Orxan 011” MMC tərəfindən idxal olunmuş “Nitro Max” əmtəə nişanlı energetik içki məhsul partiyasından laborator sınaqların aparılması üçün nümunələr götürülərək müvafiq sınaq laboratoriyasına təqdim edilib.
Rusiya istehsalı olan və müsəlman ölkələrinə ixrac edilən bəzi konserv məhsullarında donuz ətinə aid DNT izləri aşkarlanıb. Halal olaraq təqdim edilən bu məhsulların bir qisminin Azərbaycana da gətirildiyi bildirilir. Primeinfo.az xəbər verir ki, bu barədə “İnsayder” nəşri məlumat yayıb.