Xəbər axtarın

Son axtarış nəticələri:

Bu metrostansiyalarına pulsuz giriş bir ay davam edə bilər - Metropoliten

22.09.2026 17:32

Bu metrostansiyalarına pulsuz giriş bir ay davam edə bilər - Metropoliten

“Xocəsən” və “Avtovağzal” metro stansiyalarına ödənişsiz girişin ən azı bir ay davam etməsi gözlənilir.

Primeinfo.az xəbər verir ki, bunu APA-ya açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

O qeyd edib ki, ödənişsiz rejimin nə qədər davam edəcəyi aparılacaq monitorinqlərin nəticələrindən asılı olacaq.

“Əminik ki, bunun uzun müddət davam etmək imkanı var. Amma ən azı bir ay, yəqin ki, olacaq”, – Bəxtiyar Məmmədov bildirib.

Paylaş: