Xəbər axtarın

Son axtarış nəticələri:

Mağazalardakı 1 qəpiklik yumurtalarda uyğunsuzluq aşkarlanmayıb - AQTA

22.06.2026 17:48

Mağazalardakı 1 qəpiklik yumurtalarda uyğunsuzluq aşkarlanmayıb - AQTA
Mağazalardakı bir qəpiklik yumurtalarda uyğunsuzluq aşkarlanmayıb.

Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, ərzaqlıq yumurtaların keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə daimi olaraq monitorinq və yoxlama nəzarət tədbirləri aparılır. Yoxlamalar zamanı uyğunsuzluq aşkarlanmayıb. Məhsullar baytarlıq arayışı və ekspertiza aktları ilə təmin olunub.

Qeyd edək ki, sosial şəbəkələrdə mağazalarda bir qəpiyə satışa çıxarılan yumurtaların keyfiyyətsiz olduğu ilə bağlı iddialar yayılıb.

Paylaş: