
Xankəndidə genişmiqyaslı yenidənqurma və tikinti işləri həyata keçirilir, ilk sakinlər artıq Xankəndiyə, eləcə də Kərkicahan kəndinə qayıdırlar.
Primeinfo.az xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov diplomatik korpusun nümayəndələrinə Xankəndidə aparılan bərpa və quruculuq işləri barədə məlumat verərəkən bildirib.
“Bu gün Xankəndidə 28 min insan yaşayır, işləyir və təhsil alır”, – deyə xüsusi nümayəndə qeyd edib.
E.Yusubov diplomatik korpusun nümayəndələrinin şəhərdə aparılan işlər və əldə olunan yeniliklərlə yerində tanış olacaqlarını bildirib.